Türkiyə KİV: Taliska “Fənərbağça”dan ayrılır
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Braziliyalı hücumçu Anderson Taliska “Fənərbağça”dan ayrılmağa çox yaxındır. Bildirilir ki, braziliyalı ulduz futbolçunun transferi ilə bağlı iki klub razılığa gəlmək üzrədir.
İdman.Biz Türkiyə KİV-ə istinadən xəbər verir ki, BƏƏ təmsilçisi “Əl-Cəzirə”nin təklifini qəbul edən Taliska ilə bağlı “Fənərbağça” və ərəb klubu transfer məbləği üzrə danışıqları yekunlaşdırmağa yaxındır.
İstanbul təmsilçisi 32 yaşlı futbolçunun satışından təxminən 20 milyon avro gəlir əldə etməyi gözləyir.
Transfer danışıqları davam etdiyi vaxt “Fənərbağça”da daha bir diqqətçəkən hadisə baş verib. Klubun rəsmi hesabı matç günü Taliska ilə bağlı paylaşdığı fotosunu sosial media hesabından silib.
Bu addım braziliyalı futbolçunun komandadan ayrılacağı ilə bağlı gözləntiləri daha da artırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 22 Avqust 2026 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















