Türkiyə klubunun 17 futbolçusu heyətdən eyni zamanda ayrıldı Məşqçi də getdi
Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyənin 3-cü Liqasının 4-cü qrupunda yer alan "Ədirnespor"un texniki heyəti və futbolçuları klubla müqavilələrinə xitam verib.
Metbuat.az xəbər verir ki, maliyyə sıxıntısı ilə gündəmə gələn klub dəstək üçün çağırışlar etsə də, yetərli olmayıb. Məlumata görə, futbolçular və texniki heyət klubdan borclarını ala bilmədikləri üçün müqavilələrinə xitam verərək şəhəri tərk ediblər. "Edirnespor"un prezidenti Onur Yaren Ayaydın bildirib ki, futbolçuların maaşlarını ödəyə bilmədikləri üçün haqlı olaraq müqavilələrini birtərəfli qaydada ləğv ediblər. O, bütün peşəkar futbolçuların komandadan ayrıldığını bildirib.
Komandanın 17 futbolçusunun müqaviləsinə xitam verdiyini deyən İdman Direktoru Ahmet Erginer matçlarda əllərindən gələni edəcəklərini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 10 Yanvar 2025 21:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















