Icma.az
close
up
RU
Türkiyə kubokunda qruplar bəlli oldu

Türkiyə kubokunda qruplar bəlli oldu

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Türkiyə kubokunda 5-ci turun oyunlarına yekun vuruldu və 19 komanda adını qrup mərhələsinə yazdırdı.

Qrup mərhələsindən etibarən ötən mövsümü superliqada ilk “5-lik”də tamamlayan komandalar da mübarizəyə qoşulur. Dünən qrup mərhələsinin püşkü atıldı. Öncə qruplarla tanış olaq.
A qrupu: Trabzonspor, Alanyaspor, Çaykur Rizəspor, Ankaragücü, Fatih Karagümrük, İsgəndərunspor.
B qrupu: Fənərbaxça, Kasımpaşa, Qaziantep, Göztəpə, İstanbulspor, Ərzurumspor
C qrupu: Qalatasaray, İstanbul BŞ, Konyaspor, Eyüpspor, Çorum, Boluspor.
D qrupu: Beşiktaş, Sivasspor, Antalyaspor, Bodrum, Kocaelispor, Kırklarelispor.
Qeyd edək ki, qrup mərhələsinin formatı bir qədər fərqlidi. Komandalar püşkdən öncə üç “torba”ya bölünmüşdü. Hər qrupda hər “torba”dan 2 komanda yer alıb. Ona görə də hər komanda qrupda hər “torba”dan gələn bir kollektivlə qarşılaşacaq. Başqa sözlə desək, hər komanda qrupda yalnız 3 oyun keçirəcək. İlk iki pilləni tutanlar 1/4 finala yüksələcək. 1/4 və yarımfinalda qalib bir oyunlıa bəlli olacaq. Qrupda ilk oyunlar yanvarın 7-9-da keçiriləcək. Maraq üçün bildirək ki, “Qalatasaray” qrupda “İstanbul BŞ” (ev), “Boluspor” (səfər), “Konyaspor”la (e), “Fənərbaxça” “Kasımpaşa” (s), “Ərzurumspor” (e), “Qaziantep” ilə (s), “Beşiktaş” isə “Sivasspor” (s), “Kırklarelispor” (e) və “Antalyaspor”la (s) qarşılaşacaq. Təsadüfə bax ki, “Fənərbaxça” ilə “Kasımpaşa” eyni qrupa düşərək bir-birinə rəqib olub.
Bu komandalar, bilindiyi kimi, kubokun gəlirləri xərcləri qarşılamadığı üçün bu mövsüm bu turnirdə iştirakdan imtina etmək istəyirdi. Amma həftənin əvvəlində federasiya prezidenti İbrahim Hacıosmanoğlu hər iki klubun rəsmiləri ilə görüşərək onları qismən fikrindən daşındıra bilmişdi. Ona görə qismən ki, bu komandalar turnirə qatılmağa razılıq versələr də, meydana yalnız 19 yaşlı futbolçuları buraxacaqlar. Yeri gəlmişkən, “Kasımpaşa” 5-ci turda meydana əsasən 19 yaşlı futbolçularla çıxmasına baxmayaraq, səfərdə 1-ci liqa təmsilçisi “Gənclərbirliyi”ni minimal hesabla məğlub edərək qrup mərhələsinə vəsiqə qazandı. “Kasımpaşa”nın heyətində yalnız iki futbolçunun yaşı 19-dan artıq idi. Hətta 2009-cu (!) il təvəllüdlü Yaman Suakar əvvəldən sona qədər meydanda qaldı.
“Fənərbaxça”nın heç bir rəsmisinin püşkatmada iştirak etmədiyini də bildirək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Dekabr 2024 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri