Türkiyə kurortlarından birində yanan otelin sahibi günahı işçilərin üzərinə atıb
Icma.az, Dogru.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin Bolu dağ-xizək kurortunda baş verən yanğında 78 nəfərin ölümünə səbəb olan “Grand Kartal” otelinin sahibi Halit Ergül faciəni baş aşpaz, elektrik və mühafizəçilərin üzərinə atıb.
Bu barədə “Kar” qəzeti onun məhkəmədəki ifadəsinə istinadən məlumat yayıb.
Xüsusilə, Ergül “aşpaz mətbəxdəki elektrik cihazlarına cavabdehdir, yanğın siqnalizasiya sistemi isə otelin elektrikçisi tərəfindən idarə olunur” dedi.
Daha əvvəl Türkiyənin Bolu şəhərindəki kurortda baş verən yanğından sonra 15 nəfərin həbs edildiyi bildirilirdi.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xizək kurortunda mehmanxanada baş verən yanğına görə məsuliyyət daşıyanların hamısını cəzalandıracağına söz verib.
“Grand Kartal” otelində yanğın yanvarın 21-nə keçən gecə baş verib. Faciə qurbanlarının demək olar ki, yarısı azyaşlılar olub.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 27 Yanvar 2025 00:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















