Türkiyə Liviyada neft və qaz axtarışına başlayıb
Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə Neft Korporasiyası (TPAO) Liviyada neft və qaz axtarışına başlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə Neft Korporasiyası (TPAO) 17 illik fasilədən sonra Liviyanın keçirdiyi tenderdə qalib elan olunub.
Anlaşmaya əsasən, TPAO Liviyada biri dənizdə, biri quruda olmaqla iki karbohidrogen kəşfiyyatı və hasilat layihəsi üzrə tenderi qazanıb: "Tenderin nəticələrinin açıqlanması mərasimində Liviyanın Baş naziri Əbdülhəmid Dibeybə, Neft və Qaz naziri Xəlifə Əbdülsadik, Liviya Milli Neft Korporasiyasının sədri Məsud Süleyman və çoxsaylı beynəlxalq enerji şirkətlərinin nümayəndələri iştirak ediblər. Liviya Milli Neft Korporasiyası TPAO-nun tərəfdaşı İspaniyanın Repsol şirkəti ilə birlikdə C3 quru yatağının işlənəcəyini açıqlayıb. TPAO həmçinin Repsol və Macarıstanın MOL şirkəti ilə birgə O7 dəniz yatağını da işləyəcək".
Lamiyə Əhmədli
Mia.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 11 Fevral 2026 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















