Icma.az
close
up
RU
Türkiyə Macarıstan sindromuna son qoydu, Montella bunu bacaran ikinci məşqçi oldu

Türkiyə Macarıstan sindromuna son qoydu, Montella bunu bacaran ikinci məşqçi oldu

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Millətlər Liqasında A Liqasına yüksəlmək uğrunda pley-offun ilk oyununda Türkiyə Macarıstanı qəbul etdi.
''Football-plus.az'' xəbər verir ki, ''Rams Park''da oynanılan qarşılaşma ''ay-ulduzlular'' üçün uğurlu alındı.
İlk yarıda qarşılıqlı qollar qeydə alındı. Meydan sahiblərinin heyətində ''Benfika''lı Orkun Kökçünün erkən qoluna qonaqların heyətində 25-ci dəqiqədə Andres Şafer cavab verdi. Ancaq qardaş ölkə fasilədən sonra rəqibin müqavimətini qıra bildi. Karyerasını ''Benfika''da davam etdirən daha bir ulduz - Kərəm Aktürkoğlu 69-cu dəqiqədə Türkiyəni yenidən önə keçirdi. Çox keçmədən İrfan Can Kahveci də qol vuraraq yekun nəticəni müəyyənləşdirdi. ''Fənərbaxça''nın yarımmüdafiəçisi oyuna daxil olduqdan sonra faktiki olaraq ilk toxunuşdaca topu tora göndərdi.
Oyunu 1 qol, 1 məhsuldar ötürmə ilə tamamlayan Kərəmdən başqa ''Fənər''li Oğuz Aydın da matçın qəhrəmanlarından oldu. Yığmada ilk dəfə rəsmi oyunda start heyətində meydana çıxan bu futbolçu ilk iki qolda aktivinə məhsuldar ötürmə yazdı.
Beləliklə, Türkiyə həm martın 23-də keçiriləcək cavab oyunu ərəfəsində yaxşı üstünlük əldə etdi, həm də Macarıstana qarşı 18 illik sindroma son qoydu. Belə ki, ''ay-ulduzlular'' bu rəqibi sonuncu dəfə 2007-ci ildə məğlub etmişdilər. Daha sonra keçirilən 5 oyunun 4-də macarlar sevinmişdisə, 1 oyunda heç-heçə qeydə alınmışdı.
Vinçentso Montella isə Türkiyənin başında önəmli göstəricilər yaxalamaqda davam edir. O, bu komandanın tarixi ərzində ilk 5 ev oyununda məğlubiyyət acısı yaşamayan (4 qələbə, 1 heç-heçə) cəmi 2-ci əcnəbi mütəxəssis oldu. İlk belə məşqçi Quus Hiddink olmuşdu. Türkiyə Hiddinkin dönəmində ilk 6 ev oyununda uduzmamışdı.
ƏLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Mart 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri