Türkiyə mediası Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində ilk hazır mənzilləri nümayiş etdirib AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Ankara, 15 yanvar, AZƏRTAC
Türkiyə mətbuatı 2023-cü ilin fevralında baş verən zəlzələlərdən zərər çəkmiş Kahramanmaraş şəhərində Azərbaycan və Türkiyə hökumətlərinin dəstəyi ilə tikilən “Azərbaycan” yaşayış kompleksindən reportaj hazırlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) və Türkiyənin Mənzil İnşaatı İdarəsinin (TOKİ) xətti ilə “Azərbaycan” yaşayış kompleksində tikinti işləri davam etdirilir.
“İhlas” xəbər agentliyi TOKİ nümayəndələrinə istinadla “Azərbaycan” məhəlləsində ümumilikdə 1278 iki, üç və dördotaqlı mənzillərin, həmçinin 826 ofis və ticarət obyektinin yerləşəcəyini bildirib.
“Hazırda ərazilərin abadlaşdırılması istiqamətində işlər aparılır. TOKİ-nin memarı Hatice Ezgi Reyhanlıoğlu deyir: “Binaların mümkün qədər tez istifadəyə verilməsi üçün hər şey edilir”.
Reportajda ilk yeni sakinlərini qarşılamağa hazır olan əşyalı mənzillərdən görüntülər yer alıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 15 Yanvar 2025 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















