Türkiyə mediası: Turizm naziri prezidentdən öz istefasını istəyib
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin turizm naziri Mehmet Nuri Ersoy Bolu vilayətindəki "Kartalkaya" dağ-xizək kurortunda baş verən güclü yanğından sonra Prezident Rəcəb Tayyib Ərdoğandan öz istefasını istəyib. Ərdoğan istefanı qəbul etməyib, lakin nazirin fevralda vəzifəsini tərk edəcəyi gözlənilir.
Oxu.Az-ın xəbərinə görə, Türkiyənin "Nefes" qəzetinin yazarı Nuray Babacan belə bir iddia ilə çıxış edib.
Onun yazdığına görə, vəzifəsindən azad ediləcək nazirlərin siyahısında mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy da var.
"Nazir Mehmet Nuri Ersoyun istefasını şifahi olaraq bildirdiyi və Prezident Tayyib Ərdoğanın gələn ay planlaşdırdığı dəyişikliklə bunu həyata keçirəcəyi iddia edilir. Bir ay əvvəl çox aşağı ehtimal kimi görünən bu ad indi siyahının başındadır. Nazir Ersoy Nazirlər Kabinetinin iclasında prezidentə vəzifəsindən getmək istədiklərini deyən bir neçə nəfərdən biridir. O, bütün həmkarları ilə vidalaşaraq artıq vəzifəsinə davam etməyəcəyini bildirib. Lakin Ərdoğanın istəyi ilə postunda qalıb", - deyə Nuray Babacan yazıb.
Nəşrin məlumatına görə, Mehmet Nuri Ersoy Türkiyə Nazirlər Kabinetinin faciə günü - yanvarın 21-də keçirilən iclasında prezidentdən onu tutduğu vəzifədən azad etməsini xahiş edib. Cavab kimi hökumətdə dəyişikliklərin fevrala planlaşdırıldığını eşidib. Söhbət 7 nazirin dəyişdirilməsindən gedir.
Xatırladaq ki, "Kartalkaya"da yerləşən "Grand Kartal" hotelində baş verən yanğın nəticəsində 36-sı uşaq olmaqla, 78 nəfər ölüb, 50-dən çox insan yaralanıb. Yanğın zamanı hoteldə ümumilikdə 238 qonaq olub.
Son məlumata görə, yanğınla bağlı aparılan istintaq çərçivəsində 19 nəfər həbs edilib ki, onların sırasında hotelin sahibi, meneceri, aşpazı, mətbəx işçiləri, kurortun yaxınlığında yerləşən Bolu şəhərinin meriyasının nümayəndələri də var.
Baxış sayı:145
Bu xəbər 29 Yanvar 2025 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















