Icma.az
close
up
RU
Türkiyə məhkəməsi Səmra Hüseynovaya bəraət verdi

Türkiyə məhkəməsi Səmra Hüseynovaya bəraət verdi

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Tanınmış azərbaycanlı model Səmra Hüseynovanın ötən il İstanbulda mağazaların birində yaşadığı insidentlə bağlı uzun müddətdir davam edən məhkəmə prosesi yekunlaşıb.

"Bakupost" Musavat.com-a istinadla bildirir ki, model bu barədə sosial şəbəkə hesabında paylaşım edərək, haqqında yayılan iddiaların həqiqəti əks etdirmədiyini və Türkiyə məhkəməsinin ona bəraət verdiyini açıqlayıb.

Səmra Hüseynova bildirib ki, hadisədən sonra onun barəsində müxtəlif şayiələr yayılıb, hətta fahişəlik, narkotik istifadəsi, deportasiya və döyülməsi ilə bağlı əsassız iddialar səsləndirilib:

"İstanbulda mağazadan paltaryuyan maşın almışdım. Məhsul nasaz çıxdığı üçün geri qaytardım. Mənə yenisini göndərəcəklərini dedilər. Razılaşdım. Lakin sonradan nə məhsulu göndərdilər, nə də pulumu qaytardılar. Pulunu tələb etdikdən sonra mağaza əməkdaşlarından biri mənə çox ağır ifadələrlə "Get öz ölkənə" dedi və Azərbaycan qızları haqqında təhqiramiz sözlər işlətdi. Mən bunu qəbul edə bilmədim və həmin şəxslə üz-üzə danışmaq üçün mağazaya getdim. Bundan sonra hadisələr canlı yayım zamanı baş verdi. Məhz həmin canlı yayım bu gün mənim günahsız olduğumu sübut edən əsas dəlillərdən biri oldu".

S.Hüseynova qeyd edib ki, hadisədən sonra onu tanımayan minlərlə insan tərəfindən haqsız ittihamlara məruz qalıb:

"Məni alçaltmağa çalışdılar. Yazırdılar ki, guya Türkiyədə döyülmüşəm, deportasiya olunmuşam, Allah bilir hansı səbəbdən saxlanılmışam. Halbuki bunların heç biri doğru deyildi. Bu gün Türkiyə məhkəməsi gec də olsa mənə bəraət verdi. Ədalətin gec də olsa öz yerini tapması mənim üçün çox önəmlidir. Bu qərar mənə qarşı səsləndirilən bütün əsassız ittihamlara ən böyük cavab oldu".

Səmra Hüseynova proses boyunca ona hüquqi dəstək göstərən İrəm adlı vəkilinə, adını açıqlamaq istəmədiyi azərbaycanlı dostuna, ona inanan izləyicilərinə, eləcə də ədalətli qərar verdiyinə görə Türkiyə məhkəməsinə təşəkkür edib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 22 İyul 2026 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see667

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see329

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see318

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see310

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see307

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see305

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see288

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see278

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see273

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see264

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see253

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see240

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see239

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see239

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see236

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see235

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see231

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see221

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see208

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri