Icma.az
close
up
RU
Türkiyə məktəblərində başörtüsü qadağası var...

Türkiyə məktəblərində başörtüsü qadağası var...

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda ümumtəhsil məktəblərində şagirdlərin geyim forması mövcud qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən mərkəzi qaydada tənzimlənir. Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilən məktəbli forması standartları dünyəvi təhsil sisteminin prinsiplərinə tam uyğun olaraq müəyyənləşdirilib.

Buraya vahid geyim formasının tətbiqi, şagirdlərin xarici görünüşü və ümumi intizam qaydaları daxildir.

“Qafqazinfo” xəbər verir ki, son günlərdə bu məsələ Türkiyənin mühafizəkar və dindar media qurumlarında, eləcə də ictimai platformalarda Azərbaycana qarşı qərəzli müzakirə obyektinə çevrilir. Bəzi dairələr və radikal qruplar Azərbaycandakı məktəb geyimi qaydalarını (xüsusilə dünyəvi prinsipləri qorumaq məqsədilə tətbiq olunan məhdudiyyətləri) hədəf alır, hətta bütün sərhədləri aşan təhqiramiz şərhlərə yol verirlər. Lakin qardaş ölkənin özündə təhsil qanunvericiliyinə nəzər saldıqda, Türkiyənin illərdir içində olduğu ziddiyyətlər, uşaq psixologiyasına və hüquqlarına zidd olan birtərəfli tənzimləmələr açıq-aydın görünür.

Bəs görəsən, Azərbaycana ağıl verməyə çalışanlar öz ölkələrindəki bu sərt və qüsurlu reallığı nə vaxt görməzdən gəlməyi tərgitəcəklər?

Türkiyədə məktəb geyimlərinin çərçivəsini tənzimləyən əsas sənəd Baş Bakanlığın (Nazirlər Kabinetinin) 26.11.2012-ci il tarixli və 2012/3959 nömrəli Qərarı ilə təsdiq edilmiş “Millî Eğitim Bakanlığına Bağlı Okul Öğrencilerinin Kılık ve Kıyafetlerine Dair Yönetmelik”dir. Bu qaydalara 27 sentyabr 2014-cü ildə edilən dəyişikliklə orta məktəb (V–VIII siniflər) və liseylərdə şagirdlərin başını örtməsinə qoyulan məhdudiyyət rəsmən aradan qaldırıldı. Yəni Türkiyədə hələ uşaq sayılacaq 5-ci sinif şagirdlərinə (təxminən 10 yaş) məktəbdə başörtüsü ilə təhsil almağa icazə verildi. Məktəbləri ideoloji mübarizə meydanına çevirən bu qərar cəmiyyətdə radikallaşmanın təhsil ocaqlarına daşınmasına şərait yaratdı.

Maraqlıdır ki, Türkiyə hökuməti yuxarı siniflərdə bu “sərbəstliyi” təmin etdiyini iddia etsə də, qanunvericilikdəki digər bir maddə onların məsələyə nə qədər qərəzli və qeyri-ardıcıl yanaşdıqlarını üzə çıxarır. Həmin qaydaların “Geyim məhdudiyyətləri” adlanan 4-cü maddəsinin e) bəndinə əsasən:

“Şagirdlər məktəbəqədər təhsil müəssisələrində və ibtidai məktəblərdə məktəb daxilində başı açıq olurlar”.

2014-cü ildə qaydalara dəyişiklik edilərkən bu maddə xüsusi olaraq qorunub saxlanılmış və yenidən təsdiq edilmişdir. Nəticə etibarilə, Türkiyənin mövcud təhsil qanunvericiliyi uşaqların yaşı ilə bağlı absurd bir ayrı-seçkilik yaradır: 10 yaşlı uşağa başını örtməyə icazə verildiyi halda, ibtidai sinif və bağça dövründəki azyaşlılar üçün məcburi başıaçıq olma tələbi saxlanılır. Bu isə o deməkdir ki, Türkiyə dövləti hətta uşaqların təməl hüquqları və inkişaf mərhələləri məsələsində belə siyasi konyunkturanın təsirindən qurtula bilmir, məktəbləri ziddiyyətli qərarların qurbanına çevirir.

Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq təhsilin dünyəvi xarakterini qoruyur, bütün vətəndaşlarına bərabər və vahid standartlara əsaslanan mühit təqdim edir. Türkiyə isə daxili siyasətinə qurban verdiyi, uşaqların təhsil hüququnu və psixoloji bütövlüyünü siyasi maraqlara alət edən qüsurlu təhsil modeli ilə baş-başa qalıb. Öz daxilindəki bu hüquqi və sosioloji böhranları həll edə bilməyənlərin Azərbaycanın suveren qərarlarını tənqid etməyə mənəvi haqqı çatmır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 Oktyabr 2026 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri