Icma.az
close
up
RU
Türkiyə Mərkəzi Bankı 3 gündə bazara 26 milyard dollarlıq müdaxilə edilib

Türkiyə Mərkəzi Bankı 3 gündə bazara 26 milyard dollarlıq müdaxilə edilib

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyə bazarlarında böyük dalğalanmalar baş verib və ən ciddi hərəkət isə məzənnələrdə qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, İmamoğlunun saxlanılması ilə bağlı xəbərlərin təsiri nəticəsində dollar/TL məzənnəsi tarixi rekord həddə çatıb. Belə ki, çərşənbə günü dollar 41,53 lirəyə qədər yüksəlib, avro isə 45 lirəni keçib. Bununla belə, məzənnə bu səviyyədə uzun müddət qala bilməyib. Həmin gün ərzində dollar 38 lirədən aşağı düşüb.
Cümə axşamı və cümə günləri dollar 39 lirə səviyyəsinə qalxsa da, bu səddi keçə bilməyib. Nəticədə, həftə dolların 37,73 lirə səviyyəsində bağlanması ilə yekunlaşıb. Bu, türk lirəsinin həftə ərzində 3,2 faiz dəyər itirməsi deməkdir.
Türkiyənin aparıcı iqtisadçıları bildirir ki, bazardakı dalğalanmanı məhdudlaşdıran əsas amil Türkiyə Mərkəzi Bankının müdaxilələri olub. Mərkəzi Bank valyuta bazarına ilk gün 12 milyard dollar müdaxilə edərək qiymət artımını cilovlamağa çalışıb. Cümə axşamı və cümə günləri isə 14 milyard dollarlıq satışla məzənnənin daha da artmasının qarşısı alınıb. Ümumilikdə, 3 gündə Mərkəzi Bank tərəfindən bazara 26 milyard dollarlıq müdaxilə edilib.
Ekspertlər qeyd edir ki, Türkiyədə siyasi qeyri-müəyyənliklər davam etdikcə valyuta bazarında risklər yüksək olaraq qalacaq. Mərkəzi Bankın növbəti həftələrdə valyuta ehtiyatlarını qoruyaraq yeni müdaxilə strategiyaları hazırlayacağı gözlənilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 22 Mart 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

UEFA Çempionlar Liqasının formatı dəyişir

03 Oktyabr 2025 23:56see160

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see149

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see137

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see135

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see135

Yeni dövrün manifesti: İlham Əliyevin BMT tribunasından sülh, qələbə və ədalət çağırışı

04 Oktyabr 2025 10:56see132

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see132

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see131

Polis sinaqoqa hücumda ölənlərdən birini səhvən güllələyib

03 Oktyabr 2025 15:35see131

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see131

Türkiyənin energetika naziri: “Rusiya nefti ilə bağlı qərarı şirkətlər özləri verir”

03 Oktyabr 2025 20:50see131

AXINA QARŞI BİR ÖMÜR SEYİD ƏZİM OLMAQ

04 Oktyabr 2025 10:31see129

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see129

Cabir İmanovun dəfnində bu foto rezonans yaratdı Sirlər açıldı

03 Oktyabr 2025 21:18see129

Qan şəkərini tarazlayan təbii qidalar Şəkərə qarşı təsirli üsul

04 Oktyabr 2025 05:06see127

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see124

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see124

Saatlıda piyadanın vurulması ilə nəticələnən qəza olub

04 Oktyabr 2025 01:33see122

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see120

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri