Icma.az
close
up
RU
Türkiyə məşqçi istefalarında yenə hamıdan öndədi

Türkiyə məşqçi istefalarında yenə hamıdan öndədi

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Türkiyə çempionatında məşqçi istefalarının sayı heyrət doğurmaya bilməz.

"Football-plus.az" xəbər verir ki, 8-ci tur birdən-birə üç məşqçinin istefası ilə nəticələndi. Əvvəlcə “Eyüpspor”da Səcuk Şahin, daha sonra “Kayserispor”da Markus Gisdol və son olaraq çərşənbə günü “Antalyaspor”da Əmrə Belözoğlu dönəmi başa çatdı. Bununla da cari mövsümdə 8 turu arxada qalan superliqada istefaların sayı 7-yə yüksəldi! İlk həftələrdə “Qaziantep” İsmət Taşdəmirlə, “Beşiktaş” Ole Qunnar Sulşerlə, “Fənərbaxça” Joze Mourinyoyla, “İstanbul BŞ” isə Çağdaş Atanla yolları ayırmışdı. Digər çempionatlar, xüsusilə “böyük beşlik” ilə müqayisə etdikdə ortaya çox dəhşətli mənzərə çıxır. Bu mövsüm indiyə qədər premyer-liqada 2, bundesliqada 2 və La Liqada 1 istefa gerçəkləşib. Yəni təkcə qardaş ölkənin birinciliyində ümumilikdə bu üç turnirdəkindən daha çox istefa reallaşıb!
Liqa-1 ilə A seriyasında, ümumiyyətlə, bu mövsüm istefa baş tutmayıb. Elə Avropanın digər ölkələrində də bu mövzuda vəziyyət Türkiyədəki qədər acınacaqlı deyil. Məşqçi istefaları baxımından digər pillələrdə Yunanıstan (5), Rusiya, Portuqaliya (hər ikisi 3), Avstriya, Belçika və Niderland (hamısı 2) qərarlaşıb.
Bu arada istefaların baş tutduğu klublarda yeni təyinatlar reallaşmaq üzərdi. “Kayserispor” Radomir Caloviçlə anlaşıb. 42 yaşlı monteneqrolu mütəxəssis Kayseri klubunun “1+1” illik təklifini qəbul edib. Caloviç ötən mövsüm “Riyeka” ilə tarix yazaraq həm Xorvatiya çempionluğunu, həm də ölkə kubokunu qazanmışdı. Bu, “Riyeka” tarixinin cəmi 2-ci çempionluğu idi. Ancaq komanda bu mövsümə çox bərbad start verdiyindən Caloviç cəmi 3 turdan sonra, sentyabrın əvvəlində istefaya göndərildi. Yeri gəlmişkən, Kayseri bu futbol adamı üçün yad məkan deyil. O, futbolçu kimi 2006/07 mövsümündə bu şəhəri təmsil edən “Ərciyəsspor”da çıxış edib. Caloviç “Eyüpspor”dan da təklif almışdı.
Bu klubdan söz düşmüşkən, İstanbul təmsilçisi hələ yeni məşqçisini seçməyib. Klub Orhan Ak, Əmrə Belözoğlu, hətta George Haci ilə danışıq aparır. İsmayıl Kartaldan “yox” cavabı alan “Antalyaspor” isə üstünlüyü Erol Buluta verib. Daha öncə “Yeni Malatyaspor”, “Alanyaspor”, “Fənərbaxça”, “Qaziantep” və sonuncu dəfə çempionşip təmsilçisi “Kardiff Siti”ni çalışdırmış 50 yaşlı Bulutla ikiillik müqavilə imzalanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Oktyabr 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri