Türkiyə millisi heç nə edə bilmədi Luçeskudan sərt sözlər
Icma.az bildirir, Qol.az portalına istinadən.
Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku DÇ-2026-nın pley-off mərhələsinin yarımfinalı çərçivəsində Türkiyə yığmasına uduzaraq (0:1) mübarizəni dayandırmaqqları haqda danışıb.
QOL.az trtspor.com-a istinadən xəbər verir ki, səhhəti ilə bağlı problemləri səbəbindən xəstəxanaya yerləşdirilən rumıniyalı mütəxəssis 3 gün keçməsinə baxmayaraq, Türkiyə ilə matçın təsirindən çıxa bilmədiyini söyləyib:
"Hazırda yaxşıyam. Türkiyə ilə matçı analiz etməyə başlayanda 3 gün keçməsinə baxmayaraq, çox qəzəbləndim. Əsəbiləşdiyim üçün özümü pis hiss etdim. Normal nəfəs ala bilmədiyimi başa düşdüm. Türklər oyunun 60-65 dəqiqəsindən sonra tempi qoruya bilmədilər. Biz onları təəcübləndirməyi bacardıq. Oyunu diqqətli şəkildə analiz edən hər kəs Türkiyənin bizi təəccübləndirməyi bacarmadığını, ümumiyyətlə, heç nə edə bilmədiyini gördü. İlk hissədə bəzi epizodlar yaratdılar. Bu da bizim top itirməyimizin nəticəsində idi".
O, ürəktutması keçirdiyi haqda yayılan məlumatlara münasibət bildirib: "Heç vaxt ürəktutması keçirməmişəm. Mətbuatda belə xəbərlər gördüm. Fibrilasiya yaşamışam. Amma bu, ürəktutması deyil. Belə hal ilk dəfə İtaliyanın Breşiya şəhərində başıma gəlmişdi. Ötən ilin sonunda da fibrilasiya ilə üzləşdim. Sabah bir sıra müayinədən keçəcəyəm".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 30 Mart 2026 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















