Türkiyə millisinin daha bir üzvü Yuventus da çıxış etməyə yaxındır
Icma.az, Sportal.az portalına istinadən məlumat verir.
Türkiyə millisinin və "Borussiya"nın(Dortmund) yarımmüdafiəçisi Salih Özcan karyerasını harada davam etdirəcəyinə hələ ki qərar verməyib.
Sportal.az "Tuttomercato"ya istinadən xəbər verir ki, türk futbolçu “Yuventus”, “Milan” və "Marsel" klublarının maraq dairəsindədir.
Lakin Özcan konkret addım atmağa tələsmir. "Borussiya" özü də onun müqavilə müddətini artırmağa çalışır.
28 yaşlı futbolçunun almanlarla müqavilə müddəti mövsümün sonuna qədər idi.
Onun daha çox "Yuventus"da oynamağa müsbət yanaşdığı iddia olunur.
O, karyerası ərzində "Köln", "Holşteyn Kiel", "Volfsburq" komandalarında oynayıb.
Qeyd edək ki, hazırda "Yuventus"un aparıcı futbolçularından biri Türkiyə millisinin üzvü Kənan Yıldızdır.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 21 Fevral 2026 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















