Türkiyə millisinin qapıçısı “Roma” ilə matçda üç penalti qaytarıb VİDEO
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
“Lill”in qapıçısı Berke Özer “Roma” ilə matçda ard-arda 3 penaltini qaytarıb.
İdman.biz bildirir ki, Avropa Liqasının ikinci turunda “Lill” səfərdə romalılara 1:0 hesabı ilə qalib gəlib.
İkinci hissədə baş hakim Erik Lambrexts Fransa klubunun qapısına penalty təyin edib. 82-ci dəqiqədə Artyom
Dovbikin vurduğu ilk zərbəni Özer qaytarıb. Lakin zərbə vurularkən qapıçı xətdən irəli çıxdığı üçün hakim zərbənin təkrar vurulmasını tələb edib. Özer Dovbikin ikinci zərbəsini də qaytarıb. Bu dəfə də referi eyni səbəblə penaltinin təkrarlanmasını tələb edib. 85-ci dəqiqədə Matias Soulenin zərbəsini də Özer dəf edə bilib.
Ümumilikdə, Özer üç dəqiqə ərzində üç penaltini dəf edib. Bu turnirin tarixində bir ilkdir.
Berke Özer Türkiyə millisinin qolkiperidir.


