Icma.az
close
up
RU
Türkiyə MİT rəhbərindən Dəməşqdə sensasion addım Elə mesaj verdi ki…

Türkiyə MİT rəhbərindən Dəməşqdə sensasion addım Elə mesaj verdi ki…

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Suriyanın paytaxtı Dəməşqə səfər edib. O, Əməvi məscidində namaz qılıb.

Türkiyənin yüksəksəviyyəli dövlət adamlarının Suriyaya bu cür səfərləri sözügedən ölkəni tam nəzarətə götürməyə xidmət edir? MİT rəhbərinin Dəməşqə getməsi Ərdoğanın Suriyaya səfərinə hazırlıqdır?

Globalinfo.az-a danışan politoloq Füzuli Qurbanov deyib ki, İbrahim Kalının Suriyaya səfəri qalib tərəfin dəvəti ilə baş tutub:

“Kalının səfərindən əvvəl Suriyada qalib tərəf bəyan etdi ki, ölkənin kəşfiyyat sistemini dəyişəcəklər. Suriyanın hazırkı hakimiyyəti iş prinsipini tamamilə fərqli əsaslarla qurmaq istəyir. Yəni Suriya regiondakı funksiyasını əməkdaşlıq və təhlükəsizliyə doğru dəyişməyə hazırlaşır. Suriyanın dövlət strukturlarının yeni reallıqlara uyğun kadrlarla təmin olunması zəruridir. Bunun üçün Türkiyənin təcrübəli MİT-indən dəstək alırlar, Ankara isə buna müsbət cavab verib”.

Politoloq bildirib ki, İ.Kalının Əməvi məscidində namaz qılmasının böyük rəmzi mənası var:

“Belə ki, Türkiyə islamı bütöv görür və onu məzhəblər prizmasından qiymətləndirmir. Kalın yaxşı filosof, müəllim olmaqla yanaşı, çox yaxşı strateqdir. Onun bu hərəkəti örnəkdir. Yaxın Şərqdə islamı məzhəb prizmasında görmək istəyənlər var. Lakin islam dini bir mədəniyyətdir, əməkdaşlıq üçün yaxşı nümunədir. Suriya da, Türkiyə də islama sadiqdir”.

Füzuli Qurbanov

Politoloq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyaya ehtimal səfəri haqda danışıb:

“Hələ ki dəqiq məlumat yoxdur, lakin Ərdoğanın səfəri baş tuta bilər. Ərdoğan Suriyaya səfər edərsə, qardaşı Prezident İlham Əliyevi də dəvət edə bilər. İki qardaş dövlət başçıları Suriyada əməkdaşlıq, sülhün üçün ortaq hərəkət edə bilər.

Bu gün Suriyanın yenidən qurulmasını, sabit ölkə olmasını istəyən və istəməyənlər var. Hesab edirəm, Qərb və qonşu ölkələr reallığı qəbul edir. Artıq Ankara ilə məsləhətləşmələr aparılır.

Suriyanın yenidən qurulmasını, demokratik ölkə olmasını Türkiyə də, biz də arzulayırq”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Dekabr 2024 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see184

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see172

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see139

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri