Icma.az
close
up
RU
Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu ifadələr Türkiyənin Müdafiə Nazirliyinin həftəlik mətbuat konfransında verilən bəyanatında vurğulanıb. Bildirilib ki, Suriyanın təhlükəsizliyi birbaşa Türkiyənin təhlükəsizliyi deməkdir:
"Suriya hökuməti ictimai asayişi, vətəndaşlarının təhlükəsizliyini qorumaq məqsədilə Hələb şəhərində antiterror əməliyyatına başlayıb. Bu əməliyyat tamamilə Suriya Ordusu tərəfindən həyata keçirilir".
Eyni zamanda, "Hürriyet" qəzeti öz mənbələrinə istinadən yazır ki, Suriyada son günlər sabitliyin pozulması Türkiyənin təhlükəsizliyi yönündə narahatlıq doğurur. Bu baxımdan Ankara qonşu ölkənin vəziyyətini diqqətlə nəzarətdə saxlayır:
"Türkiyə Suriyada hökumət qoşunlarının kürd separatçılarla toqquşmaları fonunda mümkün ssenarilərə qarşı lazımi hərbi tədbirləri görüb".
Hürriyet: "Ankara Suriyadakı hadisələri diqqətlə izləyir"
Xatırladaq ki, yanvarın 5-də separatçı Suriya Demokratik Qüvvələrinin Hələbin şərqində yerləşən polis məntəqəsinə pilotsuz uçuş aparatı (PUA) ilə hücumu nəticəsində üç hərbçi xəsarət alıb. Nəticədə Suriya Ordusu separatçılara qarşı cavab zərbələri endirib. Bu gün isə Hələbin Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrində ordu və separatçılar arasında toqquşmalar şiddətlənib. Təsdiqlənməmiş məlumata görə, həm yaraqlılardan, həm də mülki əhalidən ölən və yaralananlar var. Adıçəkilən məhəllələrin sakinləri təhlükəsiz yerlərə qaçmağa çalışırlar.
2025-ci ilin dekabr ayının 22-də Türkiyə nümayəndə heyətinin: xarici işlər naziri Hakan Fidan, kəşfiyyat rəhbəri İbrahim Qalın və müdafiə naziri Yaşar Gülərin paytaxt Dəməşqə səfəri nəticəsində Hələbdə vəziyyət gərginləşib. 2025-ci ilin 10 martında Suriyanın keçid hökumətinin Prezidenti Əhməd Əl-Şərəə ilə separatçıların komandiri Məzlum Əbdi arasında qüvvələrin birləşdirilməsinə dair razılaşma imzalanıbsa da, bu istiqamətdə hər hansı konkret addım atılmayıb.
Firudin Həmidli
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:315
embedMənbə:https://azvision.az
archiveBu xəbər 08 Yanvar 2026 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri