Icma.az
close
up
RU
Türkiyə MN: “İncirlik” hərbi hava bazası ölkəmizə məxsusdur

Türkiyə MN: “İncirlik” hərbi hava bazası ölkəmizə məxsusdur

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 12 mart, AZƏRTAC

Türkiyə Milli Müdafiə Nazirliyinin (MMN) bəyanatında bildirilib ki, “İncirlik” bir türk hərbi bazasıdır”.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Adanadakı “İncirlik” hərbi hava bazası ilə bağlı nazirliyin açıqlamasında qeyd olunub: “İncirlik” Türkiyə bazasıdır. Eskişehirde yerləşən Hava Qüvvələri Komandanlığı nəzdində fəaliyyət göstərən 10-cu əsas reaktiv baza komandanlığımız Adanadakı “İncirlik”də yerləşir. Burada F-16 eskadrilyamız, tankerlərimiz və PUA-larımız yerləşir. Bütün obyektlər və mülkiyyət Türkiyə Respublikasına məxsusdur. Bazanın komandiri türk briqada-generalıdır. Orada Amerika əsgərlərinin olması onun ABŞ hərbi bazası olması demək deyil. Bu bazada İspaniya, Polşa və Qətər hərbi qulluqçuları da var”.

Türkiyə MMN, həmçinin Rusiyadan alınan S400 zenit-raket kompleksi ilə bağlı da açıqlama verib. Bəyanatda Türkiyənin hava və raketdən müdafiə fəaliyyətlərinin təhdid qiymətləndirmələri və əməliyyat ehtiyaclarına uyğun olaraq çoxqatlı bir struktur daxilində aparıldığı və ən uyğun müdafiə elementinin döyüş qaydaları və mövcud əməliyyat vəziyyəti nəzərə alınmaqla müəyyən edildiyi qeyd olunub.

Türkiyənin NATO-nun inteqrasiya olunmuş hava və raketdən müdafiə sisteminin bir hissəsi olduğu da qeyd edilən bəyanatda bildirilib: “Bu sistem erkən xəbərdarlıq sensorlarından, komanda və idarəetmə sistemindən və tutucu raketlərdən ibarətdir. Ballistik raket aşkar edildikdə, sistem çox qısa cavab müddəti səbəbindən avtomatik olaraq ən uyğun və sürətli tutucu seçir və atəş açır. Ölkəmizə yönəlmiş ballistik raket təhdidinə qarşı ən uyğun və effektiv müdafiə elementləri aktivləşdirilib”.

Milli Müdafiə Nazirliyi Malatya vilayətində yerləşdirilən “Patriot” sistemləri ilə bağlı da şərh verib. ABŞ-İsrail və İran arasında davam edən münaqişə barədə sualı cavablandıran nazirliyin sözçüsü admiral Zeki Aktürk İrandan müxtəlif vaxtlarda atılan iki ballistik raketin NATO hava və raketdən müdafiə elementləri tərəfindən zərərsizləşdirildiyini xatırladıb. O bildirib ki, Türkiyə hava məkanının və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün görülən milli tədbirlərə əlavə olaraq, NATO müttəfiqləri ilə məsləhətləşmə mexanizmləri də effektiv şəkildə aktivləşdirilib.

Nazirliyin sözçüsü vurğulayıb: “Bu kontekstdə NATO Müttəfiq Hava Komandanlığı - Ramşteyn (Almaniya) tərəfindən təyin edilmiş “Patriot” sistemi hava hücumundan müdafiə arxitekturasının tamamlayıcı elementi olaraq Malatyaya yerləşdirilir. NATO müttəfiq ölkələrin hava məkanlarını və ərazilərini qorumaq iradəsinə malik bir təhlükəsizlik ittifaqıdır. Geostrateji mövqeyi, güclü ordusu və Alyansın cənub-şərq cinahında mühüm rolu ilə Türkiyə bu strukturun ən vacib elementlərindən biridir. Bu addımlar müdafiə, çəkindirmə və müttəfiq həmrəyliyi anlayışına uyğun olaraq, həm Türkiyənin, həm də NATO-nun ortaq təhlükəsizliyini gücləndirməyi hədəfləyir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Mart 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri