Türkiyə MN: Qəzadan sonra ərazidə yalnız Gürcüstan helikopteri olub
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Noyabrın 11-də Azərbaycandan Türkiyəyə uçan C-130 tipli hərbi nəqliyyat təyyarəsinin qəzaya uğramasından sonra hadisə yerinə Gürcüstana məxsus helikopter göndərilib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Təyyarəmiz qəzaya uğradıqdan sonra əraziyə gedən və onunla əlaqə qurmağa çalışan helikopter Gürcüstana məxsusdur",- məlumatda deyilir.
Xatırladaq ki, noyabrın 11-də Türkiyəyə məxsus hərbi təyyarə Gürcüstanın Azərbaycanla dövlət sərhədindən təxminən 5 kilometr aralıda qəzaya uğrayıb. Təyyarə Azərbaycandan Türkiyəyə uçurdu.
Türkiyə Müdafiə Nazirliyi qəzaya uğrayan təyyarənin göyərtəsində 20 hərbçinin olduğunu açıqlayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 13 Noyabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















