Türkiyə MN: Qəzaya uğrayan F 16 nın pilotu katapult sistemini son anda işə salıb
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyə Milli Müdafiə Nazirliyi fevralın 25-də qəzaya uğrayan F-16 qırıcı təyyarəsi ilə bağlı araşdırma aparıldığını açıqlayıb.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, Nazirlikdən bildirilib ki, Bolqarıstan sərhədində naməlum radar izi aşkar edildikdən sonra həyəcan siqnalı ilə iki F-16 döyüş təyyarəsi Balıkesirdəki Komandanlıqdan havaya qalxıb.
Qeyd edilib ki, döyüş təyyarələrindən biri ilə saat 00:56-dan etibarən əlaqə kəsilib.
Pilotun katapult sistemini isə son anda işə saldığı müəyyən edilib.
Qəzanın başvermə səbəbinin ətraflı araşdırmadan sonra məlum olacağı bildirilib.
Xatırladaq ki, Türkiyənin Balıkesir şəhərində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb, pilot şəhid olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 26 Fevral 2026 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















