Türkiyə MN: Suriyanın sabitliyi Türkiyənin təhlükəsizliyi ilə bağlıdır
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Suriyanın sabitliyi birbaşa Türkiyənin təhlükəsizliyi ilə bağlıdır və bu istiqamətdə atılan hər bir addım regionda sülhün təmin olunmasına töhfə verir. Bunu Türkiyə Milli Təhlükəsizlik Nazirliyinin nümayəndələri həftəlik brifinq zamanı bildiriblər.
Məlumatı “Anadolu” verib.
Müdafiə Nazirliyi Ankaranın Suriya hökumətinin ölkəsinin birliyini və bütövlüyünü qorumaq üçün gördüyü istənilən addımı dəstəkləməyə hazır olduğunu vurğulayıb: “Türkiyə əmindir ki, Suriya separatçı ünsürlərin güclənməsinin qarşısını alaraq, ölkənin ərazi bütövlüyü və suverenliyini təmin edəcək mərkəzləşdirilmiş idarəetmə modeli vasitəsilə sabitliyə nail olacaq”.
Qeyd olunub ki, avqustun 13-də Ankara ilə Dəməşq arasında imzalanmış müdafiə sahəsində əməkdaşlıq haqqında Memorandum çərçivəsində Suriya Silahlı Qüvvələrinin potensialının gücləndirilməsinə yönəlmiş təlim və məşvərət tədbirləri həyata keçirilir.
“Bu baxımdan Türkiyə Suriyanın istəklərinə uyğun olaraq yaradılması planlaşdırılan təlim mərkəzlərinin təşkilində lazımi dəstəyi verəcək”, - nazirlik qeyd edib.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 29 Avqust 2025 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















