Türkiyə MTŞ nın iclasında Rusiya Ukrayna məsələsi müzakirə OLUNDU
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə bu gün keçirilmiş Milli Təhlükəsizlik Şurasının iclasında Rusiya-Ukrayna məsələsi müzakirə olunub.
Redaktor.az xəbər verir ki, iclasdan sonra yayılan rəsmi açıqlamada Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə son vəziyyətin qiymətləndirildiyi bildirilib.
Müharibənin daha da şiddətlənməsi riski fonunda diplomatik həll axtarışlarının əhəmiyyəti xüsusi vurğulanıb.
Türkiyənin, beynəlxalq tərəfdaşları ilə birlikdə ədalətli və davamlı sülhün təmin edilməsi üçün səylərini davam etdirəcəyi qeyd olunub.
İclasda həmçinin Azərbaycan və Ermənistan arasında aparılan sülh prosesi çərçivəsində son dövrdə əldə olunan nailiyyətlər fonunda ikitərəfli və regional əməkdaşlıq imkanları da müzakirə edilib.
Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunması, eləcə də inkişafın təmin edilməsi ilə bağlı Türkiyənin iradə nümayiş etdirməsinin təqdirəlayiq olduğu vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 26 Noyabr 2025 20:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















