Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib
Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin Milli Müdafiə Nazirliyi Zəfərin dördüncü ildönümü münasibətilə Azərbaycanı təbrik edib.
AZƏRTAC xəbər verir ki, qardaş ölkənin müdafiə nazirliyinin sosial şəbəkələrdə paylaşımı Azərbaycanın Dövlət Himninin sözləri ilə başlayır.
Nazirlikdə vurğulayıblar ki, “Azərbaycanın Qarabağın azad olunması uğrunda qəhrəmancasına mübarizəsi türk xalqının gücünü bütün dünyaya nümayiş etdirib”.
“Qardaş Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edirik. Türkiyə və Azərbaycan əbədi olaraq birlikdədirlər”, - deyilən yazı Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı ilə yekunlaşır.
Türkiyənin “TUSAŞ” aerokosmik korporasiyası da Azərbaycana ünvanlanan təbriklərlə çıxış edib. Türkiyənin müdafiə sənayesinin liderlərindən birinin sosial şəbəkələrdə paylaşdığı yazıda deyilir: “Qardaş Azərbaycanı Zəfər Günü və Qarabağın işğaldan azad edilməsi münasibətilə ürəkdən təbrik edirik, bu, dünyaya Vətənin müdafiəsi yolunda şücaət və əzmkarlıq nümunəsini bir daha nümayiş etdirib”.
Şirkət Azərbaycanın “TUSAŞ”dan satın aldığı məhsullardan erməni işğalçılarına qarşı mübarizədə uğurla istifadə edilməsinə diqqət çəkib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 08 Noyabr 2024 18:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















