Icma.az
close
up
RU
Türkiyə müdafiə sənayesindən daha bir UĞUR

Türkiyə müdafiə sənayesindən daha bir UĞUR

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ürkiyə müdafiə sənayesində pilotsuz dəniz sistemlərinin imkanlarını genişləndirən daha bir mühüm layihəyə imza atıb.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyənin ilk pilotsuz yerüstü dəniz platforması olan MARLIN artıq dəniz minalarının yerləşdirilməsi qabiliyyətinə sahibdir. Sistem həm tam avtonom rejimdə, həm də uzaqdan idarəetmə vasitəsilə mina yerləşdirə bilir.

MARLIN layihəsi Türkiyənin Müdafiə Sənayesi İdarəsinin (SSB) koordinasiyası ilə “Sefine” və “Aselsan” şirkətləri tərəfindən həyata keçirilib. Layihə çərçivəsində istifadə olunan “Malaman” minaları isə “Sefine”, SISAM və KocDefense şirkətlərinin əməkdaşlığı ilə hazırlanıb.

Məlumata görə, təxminən bir il ərzində layihənin mühəndislik və istehsal mərhələləri tamamlanıb, mina yerləşdirmə üçün zəruri alqoritmlər hazırlanıb və sistem üzərində sınaqlar keçirilib.

Yeni qabiliyyət MARLIN-in Türkiyə Hərbi Dəniz Qüvvələrinin pilotsuz sistemləri arasında rolunu daha da genişləndirir. Beləliklə, dəniz minalarının ekipajın birbaşa iştirakı olmadan yerləşdirilməsi mümkün olur.

Türkiyənin bu texnologiyanı inkişaf etdirməsi pilotsuz dəniz platformalarının yalnız kəşfiyyat, müşahidə və patrul missiyalarında deyil, daha mürəkkəb hərbi tapşırıqlarda da istifadəsinə imkan yaradır.

MARLIN-in həm avtonom, həm də məsafədən idarə olunan rejimdə mina yerləşdirə bilməsi Türkiyəni bu qabiliyyətə malik məhdud sayda ölkə sırasına daxil edir.

Türkiyə son illərdə pilotsuz uçuş aparatları ilə yanaşı, pilotsuz dəniz platformalarının hazırlanmasına da xüsusi diqqət ayırır. MARLIN layihəsində əldə olunan yeni nəticə isə Ankara üçün pilotsuz dəniz qüvvələrinin inkişafında növbəti mərhələ kimi qiymətləndirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Avqust 2026 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see621

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see597

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see367

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see255

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see255

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see238

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see237

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see234

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see215

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see210

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see206

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see195

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see190

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see182

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see181

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see174

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see172

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri