Icma.az
close
up
RU
Türkiyə mümkünsüzü bacardı Tarixi qərar

Türkiyə mümkünsüzü bacardı Tarixi qərar

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Aqil Səmədbəyli: “Bu çağırış terror təşkilatlarının içində ciddi qarışıqlığa yol açacaq, parçalanmalar baş verəcək və qazanan dövlət-xalq olacaq”

Dünən PKK terror təşkilatının Türkiyədə həbsdə olan lideri Abdullah Öcalan tərəfdarlarına yazılı müraciət ünvanlayıb. İmralı adasında həbs həyatı yaşayan terror təşkilatının başçısının məktubu türk, kürd, ərəb və ingilis dillərində Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM Parti) nümayəndələri tərəfindən səsləndirilib. Türkcə mətni Pervin Buldan, kürdcəni isə Ahmet Türk oxuyub.

Öcalan müraciətində tərəfdarlarını silahı yerə qoymağa və sivil yolla qurultay keçirərək, siyasi mübarizəyə qoşulmağa çağırıb: “PKK özünü buraxmalı, terror təşkilatı ləğv edilməlidir. 1990-cı illərdə daxili səbəblərdən real sosializmin çökməsi, ölkədə kimlik inkarının aradan qalxması, ifadə azadlığındakı inkişaflar PKK-nın varlığının mənasız olmasına səbəb oldu. Odur ki, mövcud vəziyyət bu qurumun öz həmkarları kimi ömrünü tamamlamasını zəruri edib. Qurultayınızı toplayın və dövlət və cəmiyyətə inteqrasiya üçün qərarlar qəbul edin. Çünki məcburi şəkildə dayandırılmamış hər bir müasir cəmiyyət və partiya bunu könüllü olaraq edəcək: bütün qruplar silahı yerə qoymalı, PKK özünü buraxmalıdır”.

PKK liderinin çağırışına qruplaşmanın Suriya qolu kimi tanınan PYD-nin lideri Salih Müslimdən cavab gəlib – o, Öcalanın çağırışını dəstəkləyib: "Əgər siyasi qrup kimi fəaliyyət göstərməyimizə icazə verilərsə, silahı yerə qoymağı qəbul edirik".

Xarici və yerli ekspertlər isə Öcalanın bu çağırışına terror qruplaşmasının əməl edəcəyinə şübhə ilə yanaşırlar. Bir çox ekspertlər hesab edirlər ki, PKK terrorçularının bir hissəsi Öcalanın çağırışına müsbət yanaşsa da, bir hissə terror əməllərinə davam edəcək, bununla da, PKK-nın tam ləğvi mümkün olmayacaq.

Türkiyədə yaşayan azərbaycanlı ictimai-siyasi xadim Aqil Səmədbəyli prosesləri AYNA-ya şərh edərkən deyib ki, Türkiyə terrorla mübarizədə çox şey itirib:

- Söhbət həm insani itkidən, həm də maddi itkidən gedir. Türkiyə PKK ilə mübarizədə 50 mindən çox mülki və hərbi insan, bir trilyon dollardan çox maliyyə itirib. Ona görə də, bütün halılarda terrorun bitirilməsi Türkiyənin lehinə olan prosesdir. Öcalan bir terror teşkilatı başçısı olsa da, kökən kürd olmasa da, kürdlərin böyük bir kəsimi tərəfindən qəbul edilib. Xüsusən, o, PKK lideri kimi tanınıb. Bu səbəbdən onun başda PKK olmaqla, terrorçulara silahı yerə qoymaqla, PKK-nın buraxılması ilə bağlı çağırışı müsbət haldır.

- Şübhələr var ki, PKK bu çağırışa əməl etməyəcək. Sizcə, terrorçular silahı yerə qoyacaqlarmı?

- Əlbəttə, Öcalanın çağırışı o demək deyil ki, bununla da terror bitdi, terrorçuların kökü kəsildi. Bu çağırışa əməl edənlər də, etməyənlər də olacaq. Məsələn, PKK-nın Suriyadakı qolunun rəhbəri əvvəl bəyan etdi ki, Öcalanın çağırışı Türkiyə ilə əlaqəli məsələdir, onlara aid deyil. Düzdür, sonradan bəyanat dəyişdirildi və bəlli oldu ki, Suriyada olan qrup da Öcalanın çağırışını dəstəkləyib və şərtli dəstək ifadə edib. Amma bu, yekun qərar deyil. Qəndildəki terrorçular nə qərar verəcəklər, bu, yaxın günlərdə bəlli olacaq. Bütün hallarda, hesab edirəm ki, bu çağırış terror təşkilatlarının içində ciddi qarışıqlığa yol açacaq. Terror qruplaşmaları arasında parçalanmalar olacaq və nəticədə qazanan Türkiyə dövləti və xalqı olacaq.

- Öcalan çağırışında tərəfdarlarını siyasi fəaliyyətə səsləyir. Bunun əsl anlamı nədir? Yəni terror təşkilatı siyasi fəaliyyətdə hansı formada ola bilər?

- Öcalan terrorçuları silahı buraxıb siyasi fəaliyyətə dəvət edərkən, əlbəttə, bu günün reallığını nəzərə alır. Çünki bu günün Türkiyəsi 20-30-40 il əvvəlin Türkiyəsi deyil. Türkiyə bu gün dünyanın sayılan, seçilən və ciddi qəbul edilən dövlətidir. Onu da nəzərə almaq lazımdır ki, Türkiyə Ordusu savaş ruhu və intizam baxımından dünyanın bir nömrəli ordusudur. Anlayırlar ki, indi heç bir terror təşkilatı Türkiyə ilə savaşacaq gücdə deyil. PKK-ya uzun illər boyu hər il 70 milyard dollar pul verildi, arxasında çox ciddi dövlərin dəstəyi oldu. Amma yenə də Türkiyə onları diz çökdürdü. İnanın ki, başqa hər hansı bir ölkə olsaydı, çoxdan məğlub olmuşdu. Amma Türkiyə bu savaşda qalib oldu. Bundan görünən odur ki, Öcalan düzgün nəticə çıxarıb. Onu da nəzərə almaq lazımdır ki, Türkiyə demokratik bir ölkədir və bu ölkədə hər kəs üçün siyasətlə məşğul olmaq imkanı var.

- Bununla da Türkiyə PKK problemini aradan qaldırmış sayıla bilərmi?

- Türkiyə onsuz da daxildə PKK problemini bitirmiş sayılır. Amma Türkiyə həm də qonşuluğunda olan İraq və Suriyada da bu terror qruplaşmasının kökünü kəsmək istəyir. Türkiyə diqqətini indi daha böyük hədəflərə doğru kökləyib. Belə bir halda əlinə-ayağına dolaşacaq bir terror qurupu qalmasını istəmir.

- Türkiyə cəmiyyətinin bu məsələyə yanaşması necədir?

- Türkiyə cəmiyyəti bu məsələdə fərqli baxış sərgiləyir. Əlbəttə, prosesi dəstəkləyənlər də var, əleyhinə olanlar da. Bu da təbiidir. Hər halda, proseslərin bundan sonrasından çox şey asılıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://ayna.az
archiveBu xəbər 28 Fevral 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri