Türkiyə nəhəngi Barselona nın 2 ulduzu ilə danışıqlara başladı Biri hə dedi, o biri...
Fanat saytına istinadən Icma.az xəbər verir.
Türkiyə təmsilçisi "Fənərbağça" eyni anda "Barselona"nın iki ulduzunu hədəfə alıb.
Fanat.Az xəbər verir ki, informasiyanı türkiyəli tanınmış jurnalist Yağız Sabuncuoğlu yayıb.
Mənbənin məlumatına görə, İstanbul nəhəngi hücumçu Robert Levandovski və müdafiəçi Andreas Kristenseni transfer etmək niyyətindədir.
"Fənərbağça" polşalı forvardın agentləri ilə əlaqə saxlayıb. Bildirilir ki, Levandovski müxtəlif variantları araşdırmağa açıqdır, lakin türk nəhənglərinə hələ “hə” deməyib.
Eyni zamanda, Andreas Kristensen "Barselona"da qalmaq istəmədiyi üçün transferə razılıq verib.
Qeyd edək ki, Levandovskinin kataloniyalılarla müqaviləsinin müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub.Bu mövsüm polyak 12 matçda 7 qol vurub.
Danimarkalı müdafiəçinin müqaviləsi də 2025/26 mövsümünün sonunda qüvvədən düşəcək. O, bu mövsüm 10 oyun keçirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 15 Noyabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















