Türkiyə nəhəngi Duqlas Luizlə maraqlanır
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin nəhəng klubu “Fənərbağça” yay transfer pəncərəsi üçün növbəti hədəfini müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, İtaliya təmsilçisi “Yuventus”da çıxış edən Duqlas Luiz “sarı-lacivərdlilər”in maraq dairəsindədir.
Bu barədə məlumatı "Fotomaç" yayıb.
Joze Mourinyo rəhbərliyi altında heyətini yenidən formalaşdırmaq istəyən İstanbul klubu, braziliyalı yarımmüdafiəçini transfer etməyi planlaşdırır. “Yuventus”un Luizlə bağlı mövqeyi hələlik məlum olmasa da, “Fənərbağça” rəhbərliyi bu keçidi reallaşdırmaq üçün bütün imkanlarını səfərbər etməyə hazırdır.
Qeyd edək ki, tərəflər arasında danışıqların yaxın günlərdə başlaması gözlənilir.
Kamil Xudiyev
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.


