Türkiyə nəhəngindən Levandovski bombası
Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
Jurnalist Sercan Hamzaoğlunun məlumatına görə, “Fənərbağça” rəhbərliyi komandanın hücum xəttini gücləndirmək üçün ulduz futbolçu Robert Levandovskini transfer etməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi Polşa millisinin və “Barselona”nın hücumçusuna rəsmi təklif göndərməyə hazırlaşır. Klub rəhbərliyi bu transferlə həm idman, həm də marketinq baxımından böyük addım atmaq niyyətindədir.
Levandovski hələ ən azı iki il daha yüksək səviyyədə futbol oynamaq niyyətindədir. Ulduz hücumçunun hazırda “Barselona”da illik 12 milyon avro maaş qazandığı bildirilir.
Bu məbləğ “Fənərbağça” üçün çox yüksək olsa da, klub sponsorlardan və kommersiya gəlirlərindən istifadə edərək transferi mümkün etmək üçün planlar qurur.
Kamil Xudiyev
Baxış sayı:45
Bu xəbər 12 Noyabr 2025 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















