Türkiyə Netanyahunun təyyarəsinə yaşıl işıq yandırdı
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyə İsrailin Baş naziri Benyamin Netanyahunun təyyarəsinin Azərbaycana səfər üçün öz hava məkanından istifadəyə icazə verib.
Modern.az xəbər verir ki, bu barədə məlumatı “AIA Global News” (“Azerbaijani-Israeli Alliance Global News”) portalı yayıb.
Məlumatda qeyd edilib ki, İsrailin Baş naziri mayın 7-də axşam saatlarında “Kanaf Zion” adlı hökumət təyyarəsi ilə Azərbaycana yola düşəcək.
"Times of Israel" nəşrinin Baş nazirin ofisindən əldə etdiyi məlumata görə, Benyamin Netanyahu mayın 7-də Azərbaycana səfər edəcək, mayın 11-də İsrailə qayıdacaq.
Mayın 8-də Netanyahu Azərbaycan Prezidenti İlham Əliyev və yəhudi icmasının üzvləri ilə görüşəcək.
Bu mövzuda digər xəbərlər:Netanyahunun təyyarəsinə keçid icazəsi... Türkiyə
03 May 2025 17:24
Türkiyə hava məkanını Bakıya gələn Netanyahunun təyyarəsinə açıb
30 Aprel 2025 18:48
Türkiyə Netanyahunun həbsinə qərar verdi
07 Noyabr 2025 21:44
“Netanyahunun təyyarəsinə hava məkanımızdan keçid icazəsi verilməsi barədə iddialar yalandır” Türkiyə XİN
03 May 2025 17:09
ABŞ Lukaşenkonun təyyarəsinə yaşıl işığı yandırdı
04 Noyabr 2025 22:01
Baxış sayı:106
Bu xəbər 30 Aprel 2025 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















