Türkiyə olmasaydı, ruslar Odessanı işğal edərdi Səfirdən AÇIQLAMA
Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin Montrö Konvensiyasına əsasən Bosfor və Çanaqqala boğazlarını bağlaması Rusiya qüvvələrinin Odessa, Nikolayev və digər əraziləri ələ keçirmək üçün dəniz üstünlüklərindən istifadə etməsinə mane oldu.
"Unikal" xəbər verir ki, bunu “Ukrainform”a müsahibəsində Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar deyib.
"Ukraynanın müdafiəsinin əsas mərhələlərindən biri Türkiyə tərəfindən Bosfor və Çanaqqala boğazlarının bağlanması oldu. Bir "Moskva"nı batırdıq, daha iki rus kreyseri Aralıq dənizində gözləyirdi. Türkiyənin boğazları bağlaması, məncə, Rusiyanın dənizdəki üstünlüyündən istifadə edərək əraziləri ələ keçirməsinə imkan vermədi. Moskvanın planlarına görə, Odessa və Nikolayev dəniz əməliyyatları nəticəsində işğal edilməli olan ərazilər idi", - deyə rəsmi vurğulayıb.
Diplomat Türkiyənin Ukrayna üçün ciddi nəqliyyat mərkəzinə çevrildiyini də xatırladıb.
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 24 Noyabr 2024 19:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















