Türkiyə Ordusu il ərzində terrorçulara aid 308 mağara və sığınacağı məhv edib
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya 2025-ci il ərzində terrorla mübarizə çərçivəsində görülən işlərə dair hesabat verib.
Moderator.az xəbər verir ki, Ali Yerlikaya bu barədə "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, terrorla mübarizə çərçivəsində Türkiyənin pilotsuz uçuş aparatları (PUA) və kəşfiyyat təyyarələri 44 min 157 saat uçuş həyata keçirib.
"Terrorçulara aid 308 mağara və sığınacaq məhv edilib. 10-u Diyarbəkir analarının övladları olmaqla 103 terrorçu xaricdən gələrək hüquq mühafizə orqanlarına təslim olub. Bundan başqa, 30 terror aktının qarşısı alınıb. Terrorçu kimi axtarışda olan 439 nəfər saxlanılıb. Qırmızı bülletenlə axtarılan 7 şəxsin ölkəyə ekstradisiyası təmin olunub. Terror aktlarında günahlandırılan 71 nəfər axtarışa verilib", - Ali Yerlikaya qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 16 Dekabr 2025 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















