“Türkiyə özü NATO üzvü olduğundan belə bir addım ata bilməz...”
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Bunlar hamısı nağıldır. NATO dağıla bilməz. ABŞ-ın özündə belə, NATO tənqid olunsa da, çağdaş dünyada Amerikanın da, Avropa ölkələrinin də, Türkiyənin özünün də bu alyansa çox ehtiyacı var...”
Son onillikdə dünya geo-siyasətində baş verən sürətli dəyişikliklər fonunda türk-müsəlman ölkələrinin yeni hərbi-siyasi ittifaq yaratması da gündəmə gətirilir. Bu fonda son vaxtlar Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında mümkün üçtərəfli müdafiə sazişinin imzalanması istiqamətində müzakirələr intensivləşib. Belə bir gediş Türkiyənin yaxın gələcəkdə NATO-ya Asiya- Yaxın Şərq regionunda NATO-ya alternativ görünəcək və Azərbaycanın da daxil olacağı hərbi-siyasi blok formalaşdıra biləcəyi ehtimalı barədə fərziyyələr yaradır.
Bəs görəsən, bu deyilənlər reallıqda nə dərəcədə mümkündür?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bunları dilə gətirib:
“Bilirsiz, Türkiyə özü NATO üzvü olduğundan həmin bloka alternativ bir hərbi birlik yaratmağa cəhd edəcəyini inanmıram. İndiki dövrdə rəsmi Ankara belə bir addım ata bilməz. Ancaq Türkiyəyə heç nə mane olmur ki, özünə dost, müttəfiq, tərəfdaş saydığı ölkələrlə hərbi-siyasi və hərbi-texniki sahədə əməkdaşlığı genişləndirsin. Məsələn, türk ölkələri arasında da hərbi sənaye komplekslərinin inteqrasiyası sahəsində işlər aparılır. Eləcə də sizin dediyiniz format da mümkündür. Yəni söhbət Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişləri imzalanmaqla bir birlik yaradılmasından gedir. Gələcəkdə həmin quruma Azərbaycan da qoşula bilər. Əlbəttə ki, bu bir hərbi blok olmayacaq. Lakin bu, hərbi-texniki əməkdaşlığı müzakirə edən 4 ölkə arasındakı əməkdaşlığı genişləndirməyi qarşısına hədəf qoyan bir format kimi fəaliyyətə başlayacaq. Amma bir daha təkrar edirəm ki, bunun NATO-ya alternativ bir hərbi bloka çevriləcəyini zənn etmirəm...”
“Rusiyanın Ukraynaya təcavüzünün davam etdiyi son 4 ilə yaxın dövrdə NATO alyansının sıradan çıxacağı haqda fikirlər də çox dolaşır. Bəlkə Türkiyə bu perspektivə dayanaraq hansısa bir hərbi birlik yaratmağa çalışır?” sualına isə siyasi şərhçi belə cavab verib:
“Hesab edirəm ki, bunlar hamısı nağıldır. NATO dağıla bilməz. ABŞ-ın özündə belə, NATO tənqid olunsa da, çağdaş dünyada Amerikanın da, Avropa ölkələrinin də, Türkiyənin özünün də bu alyansa çox ehtiyacı var...”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 02 Fevral 2026 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















