Türkiyə PA: Kürecikdən İsrailə məlumat ötürülməsi iddiaları yalandır
Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi Kürecik radar bazasından İsrailə məlumat ötürülməsi barədə iddiaları təkzib edib.
Qaynarinfo xəbər verir ki, bu barədə qurumun açıqlamasında deyilir:
"Kürecik radar bazası Türkiyənin milli təhlükəsizliyi və milli maraqları çərçivəsində qurulub və NATO müttəfiqi ölkələrin müdafiəsini təmin etmək məqsədi daşıyır. Kürecik radar bazasından əldə edilən məlumatlar, NATO prosedurlarına uyğun şəkildə yalnız NATO-ya üzv olan müttəfiq ölkələrlə müəyyən çərçivədə paylaşılır. Sözügedən radar bazasından əldə edilən məlumatların NATO müttəfiqi olmayan İsrail kimi ölkələrlə paylaşılması qətiyyən mümkün deyil.
Əks istiqamətdə aparılan qarayaxma kampaniyaları, əgər bir səhv nəticəsində baş verməyibsə, sadəcə "beşinci kolon" fəaliyyəti kimi qiymətləndirilə biləcək dağıdıcı hərəkətlərdir. Bundan əlavə, ölkəmizin daxili və xarici təhlükəsizliyi ilə bağlı ictimaiyyəti çaşdıracaq məlumatların açıq şəkildə yayılması, Türkiyə Cinayət Məcəlləsinin 217/A maddəsinə əsasən cinayət sayılır.
Türkiyə, İsrailin Yaxın Şərqdə sabitliyi pozmağa yönəlmiş fəaliyyətlərinə qarşıdır və bu fəaliyyətlərə dəstək verməsi əsla mümkün deyil. Türkiyə bu mövqeyini NATO daxilində də sərgiləməkdədir və İsrailin NATO təlimlərinə qatılmasına qarşı lazımi mövqe tutmaqdadır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 15 İyun 2025 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















