Türkiyə Pakistanda törədilən terror aktını ilə bağlı bəyanat yayıb
Icma.az bildirir, Apa.az portalına istinadən.
Türkiyənin Xarici İşlər Nazirliyi dekabrın 21-də Pakistanda naməlum silahlılar tərəfindən hərbi nəzarət-buraxılış məntəqəsinə edilən hücumla bağlı bəyanat yayıb.
APA TRT Haber-ə istinadən xəbər verir ki, Türkiyə XİN bəyanatında bu qanlı hadisə zamanı çox sayda hərbçinin həlak olmasından ölkəsinin dərin kədər hissi keçirdiyini vurğulayıb.
“Bu mənfur hücumu qınayır, şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Terrorla mübarizədə Pakistanla qətiyyətli həmrəyliyimizi bir daha vurğulayırıq”, - deyə bəyanatda bildirilib.
Xatırladaq ki, dekabrın 21-də Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində naməlum silahlıların hərbi nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində çox sayda hərbçi öldürülüb və ya ağır yaralanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 22 Dekabr 2024 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















