Icma.az
close
up
RU
Türkiyə Pakistanı müdafiə etdi Münaqişə bitəcəkmi?

Türkiyə Pakistanı müdafiə etdi Münaqişə bitəcəkmi?

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Pakistanın Baş nazirinin müavini və Xarici İşlər Naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı aparıb. Danışıq zamanı Hakan Fidan Hindistanın Pakistan ərazisinə qarşı həyata keçirdiyi əsassız hərbi təcavüzə münasibət bildirib və Türkiyənin bu məsələdə Pakistanla tam həmrəy olduğunu vurğulayıb.


Türkiyənin bu mövqeyi İƏT-də və beynəlxalq forum təşkilatlarında nəyə səbəb ola bilər?

Sözügedən məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri Pakistanın bu məsələdə haqlı mövqedə dayandığını bildirib.

 

Onun sözlərinə görə, çünki indiki qarışıq və təhlükəli beynəlxalq vəziyyətdə Pakistanın Hindistanla münasibətləri gərginləşdirərək orada terror aktı törətməyə ehtiyacı yoxdur:

“Xüsusilə də 26 günahsız turistin qətlə yetirildiyi belə bir hadisənin arxasında Pakistanın dayanması məntiqsiz görünür. Belə bir həssas hadisə ciddi araşdırma tələb edir. Pakistan rəsmiləri də bu yanaşmanı əsas tutaraq beynəlxalq təşkilatlara müraciət etmiş və məsələ ilə bağlı obyektiv araşdırma aparılmasını tələb etmişlər. Onlar Hindistan və digər dövlətlərin iştirakı ilə beynəlxalq komissiyanın yaradılmasını, bu terror hadisəsinin kim tərəfindən törədildiyinin müəyyənləşdirilməsini istəyiblər”.


Politoloq bu gün zorakılıq törədən təşkilatların böyük maliyyə imkanları və texniki vasitələrlə istənilən yerdə terror aktı edə biləcəyini və bəzi hallarda məsuliyyəti öz üzərlərinə götürə biləcəyindən bəhs edib:

“Amma bu konkret hadisədə heç bir təşkilat məsuliyyəti boynuna almamışdır. Bu isə göstərir ki, burada regional və ya qlobal güclərin maraqlarını əks etdirən geosiyasi təxribat ehtimalı güclüdür. Belə bir şəraitdə Pakistanın üç şəhərinin Hindistan tərəfindən raket atəşinə tutulması, təbii ki, qəbuledilməzdir”. 

N. Miri TürkiyəninPakistanın strateji müttəfiqi olaraq haqlı mövqeyini müdafiə etdiyini və həmrəylik nümayiş etdiyini qeyd edib. Analitik vurğulayıb ki, bu addım önəmlidir və Azərbaycan da bu məsələdə bənzər mövqe sərgiləyir:

“Azərbaycanın Xarici İşlər Nazirliyi də bu hadisəyə dair açıqlama ilə çıxış edib. Çünki məlum olduğu kimi, Hindistan daim Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxan Ermənistanı dəstəkləyir, ona silah satmaqda və hərbi gücünü artırmaqda davam edir. Bu səbəbdən məsələ təkcə Türkiyə və Azərbaycanla məhdudlaşmamalı, əgər dünya nüvə müharibəsi təhlükəsindən qorunmaq istəyirsə, İslam Əməkdaşlıq Təşkilatı da prosesə müdaxilə etməli və rəsmi mövqe bildirməli, eyni zamanda  Pakistanın yanında yer almalı və ona dəstəyini ifadə etməlidir. Çünki qarşı tərəfdə güclü siyasi və diplomatik təzyiq görmədikcə, bu təxribatları törədən qlobal güclər prosesi dayandırmaq əvəzinə daha da dərinləşdirməyə çalışacaqlar”.

Ekspertin fikrincə artıq vəziyyət sadə sərhəd insidenti səviyyəsini keçib:

“Qırıcı təyyarələrin və raket sistemlərinin işə salındığı açıq qarşıdurma mərhələsinə keçilmişdir. Əgər bu proses nəzarətsiz davam edərsə, vəziyyətin nüvə silahlarının istifadəsi səviyyəsinə qədər inkişaf edəcəyi real təhlükə kimi ortadadır. Bu isə yalnız Hindistan və Pakistan arasında deyil, bütün dünya üçün fəlakətli nəticələrə səbəb ola biləcək bir müharibədir. Məhz buna görə də İslam dünyası bu məsələdə qəti mövqe sərgiləməli, Pakistanla həmrəyliyini açıq şəkildə nümayiş etdirməlidir. Bu həm də ABŞ və onun dəstəklədiyi bəzi dövlətlərə qarşı ciddi bir mesaj olacaq. Çünki bu gün qlobal qarşıdurmaların mənfi nəticələrini ən çox hiss edən dövlətlərdən biri də məhz Pakistandır”.


Müsahibimiz hazırda Pakistanla Hindistan arasında açıq toqquşmaya zəmin yaradacaq real əsasların olmadığını bildirib. Politoloq qeyd edib ki, lakin bəzi qüvvələr o cümlədən ABŞ öz cinayətlərindən diqqəti yayındırmaq və dünyanın diqqətini başqa istiqamətlərə yönəltmək məqsədilə belə terror hadisələrini planlaşdırır və regionu böyük bir müharibəyə sürükləməyə çalışır:

“Bu məsələnin beynəlxalq səviyyədə müzakirəyə çıxarılması baxımından İslam Əməkdaşlıq Təşkilatı və D-8 kimi müsəlman dövlətlərinin birliyini təmsil edən qurumların təşəbbüs göstərməsi olduqca önəmlidir”. 

N.Miri bu istiqamətdə təşəbbüskar rolunu qardaş Türkiyə və ya Azərbaycan öz üzərinə götürə biləcəyini diqtə edib:

“Məsələ gündəmə gətirilərək təcili olaraq bu qurumların iclaslarında müzakirə edilə və Pakistanı dəstəkləyən konkret siyasi sənədlər, o cümlədən bəyanatlar qəbul oluna bilər.

Bu cür diplomatik addımların atılması hazırkı mürəkkəb və təhlükəli vəziyyətdə son dərəcə vacibdir. Çünki bu, həm Pakistan üçün siyasi və mənəvi dəstək, həm də onun arxasında dayanan qüvvələr üçün çəkindirici bir mesaj olacaq. Eyni zamanda Hindistan da anlamalıdır ki, əgər bölgədə genişmiqyaslı müharibə baş verərsə, onun qarşısında təkcə Pakistan yox, bütövlükdə müsəlman dünyası dayanacaq. Bu isə regional sabitliyi qorumaq baxımından mühüm mesajdır”.

Fidan Hacızadə
Sfera.az

 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://sfera.az
archiveBu xəbər 07 May 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri