Icma.az
close
up
RU
Türkiyə parlamentində azərbaycanlı senator FOTO

Türkiyə parlamentində azərbaycanlı senator FOTO

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Ötən yazılarımızda Türkiyə parlamentində fəaliyyət göstərmiş Azərbaycan əsilli bir neçə millət vəkilinin həyat hekayəsini yazmışdıq. Lütfi Azər, Abbasəli Çətin, Rza İsmixanov (Yalçın), Veyis Koçulu, Çingiz Ekinci kimi İrəvan, Gümrü, Şamaxı, Tiflisdə doğulan şəxslərin qardaş ölkənin parlamentindəki fəaliyyətləri haqqında məlumat vermişdik. Silsiləni davam etdirərək bu dəfə yenə Türkiyə Böyük Millət Məclisinin üzvü olmuş, iki palatalı qısa dönəmdə senator kimi çalışmış Məhəmməd Xəzərdən bəhs edəcəyik.

"Bakupost" Teleqraf-a istinadla xəbər verir ki, M.Xəzər 1917-ci ildə Qarsda Əli Əkbər bəylə Güləbəddin xanımın ailəsində doğulub. İbtidai və orta məktəbi Qarsda oxuyub, liseyi Ərzurumda bitirib. Ankara Universitetinin Siyasi Elmlər Fakültəsinə daxil olub, hüquq ixtisası üzrə təhsil alıb. Fransız dilini orta səviyyədə bilib.

Xəzər əmək fəaliyyətinə Arpaçayda maliyyə-təhsil müfəttişi və Varidat idarəsində müdir müavini kimi başlayıb. Daha sonra Daxili İşlər Nazirliyinin Yerli İdarələr Baş İdarəsində məmur işləyib. Həmin idarənin Kənd şöbəsində katib vəzifəsində də çalışıb. Məhəmməd bəy inzibati fəaliyyətini davam etdirərək Seyhan vilayətinin Kaypak bucaq müdiri olub. Daha sonra Seyhan vilayətində maiyyət məmuru vəzifəsində çalışıb. Ardınca Osmaniyə, Saimbəyli, Kurşunlu, Kalan, Lice, Kemah, Patnos, Besni və Akhisar rayonlarında qaimməqam vəzifəsini tutub. Bu vəzifələrdə çalışaraq Türkiyənin müxtəlif bölgələrində dövlət idarəçiliyi sahəsində geniş təcrübə qazanıb.

Dövlət xidmətindən sonra sərbəst vəkil kimi fəaliyyət göstərib. Daha sonra siyasətə qoşulan Məhəmməd Xəzər Cümhuriyyətçi Partiyanın qurucu üzvlərindən biri olub. 1950-ci illərdə Türkiyə Böyük Millət Məclisinin X və XI çağırışlarında Qars millət vəkili seçilib.

1961-ci il 6 yanvar – 15 oktyabr tarixlərində parlamentdə Cümhuriyyət Xalq Partiyasının nümayəndəsi olub. 15 oktyabr 1961-ci ildən 14 oktyabr 1973-cü ilədək isə Türkiyə Cümhuriyyət Senatında Qars üzvü kimi fəaliyyət göstərib. Senatdakı fəaliyyəti dövründə Nafiə və Nəqliyyat Komissiyasının sədri olub.

Qeyd edək ki, Türkiyədə iki palatalı parlament sistemi 1961-ci il Konstitusiyası ilə yaradılıb və 1980-ci il hərbi çevrilişinə qədər fəaliyyət göstərib. Bu sistemin tarixi kökləri Osmanlı imperiyasının Məşrutiyyət dövrünə gedib çıxır. Lakin Cümhuriyyətin qurulmasından sonra 1924-cü il Konstitusiyası ilə birpalatalı parlament sistemi qəbul edilib. 1960-cı il hərbi müdaxiləsindən sonra hazırlanıb 9 iyul 1961-ci ildə referendumla qəbul edilən yeni Konstitusiya isə bu sistemi dəyişdirərək Türkiyə Böyük Millət Məclisini Millət Məclisi və Cümhuriyyət Senatı olmaqla iki palataya ayırıb.

Bu dəyişikliyin əsas məqsədlərindən biri parlament çoxluğunun hakimiyyətini məhdudlaşdırmaq və qanunvericilik prosesində əlavə nəzarət və tarazlıq yaratmaq idi. Xüsusilə 1950–1960-cı illərdə Demokrat Partiyasının parlament çoxluğuna əsaslanan hakimiyyəti zamanı yaşanan siyasi problemlər yeni konstitusiya sisteminin formalaşmasına ciddi təsir göstərib. Millət Məclisi ümumi seçki yolu ilə formalaşıb və əsas qanunverici palata olub. Cümhuriyyət Senatı isə seçkili üzvlərlə yanaşı, prezident tərəfindən təyin olunan üzvlərdən və “təbii üzvlər”dən təşkil olunub. Senat üzvlərinin səlahiyyət müddətinin altı il olması və üzvlərin müəyyən hissəsinin hər iki ildən bir yenilənməsi bu qurumun daha sabit və davamlı siyasi orqan kimi fəaliyyət göstərməsinə hesablanıb.

İki palatalı sistemdə qanun layihələri həm Millət Məclisində, həm də Senatda nəzərdən keçirilirdi. Bununla parlament çoxluğunun qəbul etdiyi qərarların ikinci bir məclisdə yenidən müzakirə olunması təmin edilirdi. Xüsusilə konstitusiya dəyişikliklərində hər iki məclisin razılığı mühüm əhəmiyyət daşıyırdı. Bununla belə, 1960-cı illərin sonu və 1970-ci illərdə Türkiyədə siyasi qütbləşmə, hökumət böhranları və sosial qarşıdurmaların artması bu sistemin siyasi sabitlik yaratmaq imkanlarını məhdudlaşdırıb. 1971-ci ildə Konstitusiyaya edilən dəyişikliklərlə icra hakimiyyətinin mövqeyi gücləndirilib və bəzi siyasi azadlıqlar məhdudlaşdırılıb.

12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra parlament fəaliyyəti dayandırılıb və 1961-ci il Konstitusiyası faktiki olaraq qüvvədən düşüb. 1982-ci il Konstitusiyası ilə Cümhuriyyət Senatı ləğv edilib və Türkiyə yenidən birpalatalı parlament sisteminə qayıdıb. Beləliklə, 1961–1980-ci illər Türkiyə Cümhuriyyətinin ikinci və sonuncu iki palatalı parlament dövrü olub. Azərbaycan əsilli Məhəmməd Xəzər də belə bir dövrdə senator idi.

Xəzər beynəlxalq parlament fəaliyyətində də iştirak edib. Avropa Şurası Məşvərət Məclisinin Türk Qrupunun üzvü olub. 15 oktyabr 1981-ci ildə Milli Təhlükəsizlik Şurası tərəfindən Məşvərət Məclisinə üzv seçilib və 6 dekabr 1983-cü ilədək bu vəzifədə çalışıb.

M. Xəzər 1949-cu ildə Ankarada qurulan Azərbaycan Kültür Dərnəyinin Danışma Məclisinin üzvü olub, bu qurumun fəaliyyətində yaxından iştirak edib. Bir xatirəsində İnönü ilə görüşməsindən bəhs edib: “İsmət paşa məni köşkə dəvət etmişdi. Getdim. Səhhətindəki narahatlıq səbəbindən qəbul salonunda görüşə bilmədim. Narahatlığında müəyyən bir ciddilik olmasa da, məni yataq otağında qəbul etməsi protokola zidd idi. Paşanın hüzurundayam. Çarpayısının üstündə ayələr gördüm. Heyrətim və heyranlığım bir-birinə qarışdı... Mənə daxili işlər naziri vəzifəsi təklif edildi. Qəbul edə bilmədim. Çünki mühit hələ də gərginliyini qoruyurdu...”

Parlamentdəki fəaliyyəti

Xəzərin parlament fəaliyyətinin ən diqqətçəkən xüsusiyyəti onun Qars və Şərqi Anadolu məsələlərini yalnız yerli problemlər kimi deyil, Türkiyənin ümumi iqtisadi və sosial siyasətinin bir hissəsi kimi təqdim etməsidir. Onun çıxışlarında kənd təsərrüfatı, heyvandarlıq, quraqlıq, yem və toxum çatışmazlığı, kredit siyasəti, yollar, su təsərrüfatı, təhsil, səhiyyə, enerji, məşğulluq və regional inkişaf məsələləri xüsusi yer tutub. Eyni zamanda konstitusiya, seçki sistemi, siyasi partiyalar, dövlət idarəçiliyi və xarici siyasətlə bağlı məsələlərdə də fəal mövqe nümayiş etdirib. TBMM-in axtarış sistemində onun 1966–1973-cü illərdə kənd təsərrüfatından səhiyyəyə, nəqliyyatdan büdcəyə qədər çoxsaylı mövzularda çıxışları qeydə alınıb.

Xəzərin Qarsın iqlim və yanacaq problemlərinə xüsusi diqqət yetirdiyi görünür. 28 dekabr 1967-ci ildə Cumhuriyyət Senatında Şərq bölgələrində qışın çox sərt keçdiyini bildirərək hökumətdən bölgənin yanacaq ehtiyacının vaxtında təmin edilməsini istəyib. O, uzun qışları və yaşayış məntəqələrinin vəziyyətini nəzərə alaraq yanacaq təminatında əvvəlcədən tədbir görülməsinin vacibliyini vurğulayıb və ölkədə yaranmış artıq kömür istehsalının Şərqi Anadolodakı çatışmazlığın aradan qaldırılmasına yönəldilməsini təklif edib.

Xəzərin Qars və ətrafının su və daşqın problemləri ilə bağlı da konkret təşəbbüsləri olub. 26 aprel 1968-ci ildə Araz və Kür çaylarının daşması nəticəsində İğdır, Aralıq və Ərdahanın bəzi kənd və məhəllələrində yaranmış zərərlərlə bağlı nazirlikdən görülən işlərin hesabatını soruşub.

Kənd təsərrüfatı və heyvandarlıq məsələləri Xəzərin parlament fəaliyyətində xüsusilə mühüm yer tutub. Bunun ən aydın nümunəsi 31 mart 1970-ci ildə Qars və ətrafında hökm sürən quraqlıqla bağlı Senat araşdırmasıdır. Onun təşəbbüsü ilə gündəmə gətirilən araşdırmanın mövzusu quraqlığın bölgə heyvandarlığına və iqtisadiyyatına vurduğu zərər idi. Xəzər quraqlığı yalnız təbii hadisə kimi təqdim etməyib, onun iqtisadi nəticələrini və dövlətin yardım siyasətinin necə təşkil olunmalı olduğunu müzakirə edib. O, xüsusilə kəndlinin və heyvandarlıqla məşğul olan əhalinin istehsal gücünün qorunmasını vacib hesab edib.

Xəzərin fəaliyyəti yalnız Qarsın yerli problemləri ilə məhdudlaşmayıb. O, müxtəlif illərdə dövlət büdcələri, nazirliklərin fəaliyyəti, əmək qanunvericiliyi, dövlət qulluqçuları, sənaye, nəqliyyat, səhiyyə və iqtisadi məsələlərlə bağlı çıxış edib.

25 dekabr 1987-ci ildə vəfat edən M. Xəzər Ankarada Karşıyaka məzarlığında dəfn edilib. Qönçə xanımla evliliyindən Gülşən adlı bir qızı olub.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 15 Avqust 2026 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see357

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see350

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see348

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see299

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see298

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see297

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see282

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see281

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see274

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see271

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see238

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see235

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see234

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see232

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see231

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see227

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see224

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see214

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri