Icma.az
close
up
RU
Türkiyə parlamentində Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

Türkiyə parlamentində Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə Böyük Millət Məclisində (TBMM) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, deputat Şamil Ayrım çıxış edib.

O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən, müdrik siyasətindən bəhs edib, ulu öndərin dövlət xadimi kimi xalqının, rifahı və inkişafı, o cümlədən türk dünyasının birliyi üçün xidmətlərini sadalayıb.

Ş.Ayrım Heydər Əliyevin onillik hakimiyyəti dövründəki fəaliyyətindən danışaraq deyib ki, ulu öndər xalqının birliyini, ölkəsinin sosial, iqtisadi və mədəniyyət sahələrində inkişafını təmin etməklə yanaşı, beynəlxalq miqyasda tanınması və uğurlar qazanması üçün də çox böyük xidmətlər göstərib:

"Bu uğurlardan biri də müasir Azərbaycan Ordusudur. Heydər Əliyev öz fəaliyyəti dövründə Azərbaycan Silahlı Qüvvələrinin müasirləşdirilməsi və Qərb standartlarına uyğunlaşdırılması istiqamətində qeyri-adi səylər göstərdi. Qəlbində daşıdığı Qarabağ nisgilinə ondan vətəni əmanət alan İlham Əliyev və silahdaşları ulu öndərin təməlini atdığı bu ordunun əli ilə son qoydu. Oğul atanın "Şuşa vəsiyyəti"ni həyata keçirdi".

Ş.Ayrım bildirib ki, Heydər Əliyev "Əsrin müqaviləsi"ni imzalamaqla ölkəsinin sərvətini milli sərvətə çevirməkdə və istismar olunmasının qarşısını almaqda əvəzsiz xidmətlər göstərib:

"Bakı-Tbilisi-Ceyhan neft kəməri xəyalları gerçəyə çevrildi. Qısa müddətdə Bakı-Tbilisi-Ceyhan kəməri Azərbaycan neftini Aralıq dənizinə gətirdi. Şahdəniz qazı qısa müddətdə Trans Anadolu Boru Kəməri (TANAP) vasitəsilə Türkiyəyə, Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə isə Avropaya çatdırıldı".

Deputat Heydər Əliyevin Türk dünyasındakı fəaliyyətlərindən, uzaqgörən siyasətindən danışıb, Türk Dövlətləri Təşkilatının formalaşmasında onun ideyalarının da rolu olduğunu vurğulayıb:

"Türkiyə-Azərbaycan münasibətlərinin bu gün ən yüksək səviyyəyə çatmasında onun atdığı köklü addımlar danılmazdır. Onun qoyduğu ənənə əsasında bu gün Türkiyə-Azərbaycan müttəfiqlik əlaqələri bütün türk dünyasına nümunə kimi yayılır. Saymaqla bitməyən əsərlərin müəllifi, gördüyü işlərlə qəlblərimizi fəth edən Heydər Əliyevin mənəvi varlığı qarşısında baş əyirəm".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Dekabr 2024 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri