Türkiyə Prezidenti Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının əhəmiyyətini Paşinyana çatdırıb
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Ankara, 5 iyun, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 5-də Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
AZƏRTAC Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsinə istinadla xəbər verir ki, erməni tərəfinin təşəbbüsü ilə baş tutan söhbət zamanı N. Paşinyan Türkiyə Prezidentini və xalqını qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib.
Tərəflər iki ölkə arasında münasibətlərə dair fikir mübadiləsi aparıb, regional və qlobal məsələləri müzakirə ediblər.
Türkiyə Prezidenti Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının və regionda münasibətlərin hərtərəfli normallaşmasının əhəmiyyətini vurğulayıb. O, Ankara ilə İrəvanın təmasları ilə bağlı məmnunluğunu ifadə edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 05 İyun 2025 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















