Türkiyə Prezidenti G 20 sammitində iştirak etmək üçün Yohannesburqa yola düşüb
Azertag saytına istinadən Icma.az xəbər verir.
Ankara, 21 noyabr, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 liderlərinin Zirvə toplantısında iştirak etmək üçün Cənubi Afrika Respublikasına yola düşüb.
AZƏRTAC xəbər verir ki, Türkiyə liderini xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşek və digər rəsmi şəxslər müşayiət edirlər.
Yohannesburqda iki gün davam edəcək müzakirələr zamanı Türkiyə Prezidenti Ərdoğanın iştirakçılara müraciət etməsi, həmçinin bir sıra ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.
Müzakirələr zamanı Yaxın Şərqdəki vəziyyət Türkiyə Prezidentinin gündəliyində diqqət mərkəzində olacaq.
ABŞ, Rusiya və Çin liderlərinin hazırkı G20 sammitində iştirakı gözlənilmir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 21 Noyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















