Türkiyə Prezidenti G20nin Liderlər Sammitində iştirak edəcək AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İstanbul, 16 noyabr, Günel Karatepe, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 18-də G20-nin Liderlər Sammitində iştirak məqsədilə Braziliyaya səfər edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun sosial media hesabında bildirib.
Məlumatda qeyd edilib ki, Prezident Ərdoğan Rio-de-Janeyroda keçiriləcək XIX G20 Liderlər Sammitinə qatılacaq. Ədalətli bir dünya və davamlı bir planet qurmaq” mövzusunda keçirilən Sammit çərçivəsində üç sessiyada müzakirələr aparılacaq.
Türkiyə Prezidentinin səfər çərçivəsində G20 liderləri, eləcə də digər iştirakçı dövlət və hökumət başçıları ilə görüşlər keçirməsi də planlaşdırılır.
Səfər iki gün davam edəcək.
Baxış sayı:107
Bu xəbər 16 Noyabr 2024 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















