Türkiyə Prezidenti: Jurnalistika cəmiyyət üçün həqiqət kompasıdır
Azertag saytına istinadən Icma.az xəbər verir.
Ankara, 18 mart, AZƏRTAC
Bu gün dezinformasiya selinə qarşı durmaq, milli imiclərin ləkələnməsinin qarşısını almaq və feyk xəbərlərin yayılması yolu ilə cəmiyyətlərin bölünməsinin qarşısını almaq hər zaman olduğundan daha vacibdir. Media bu məsələdə xüsusi rol oynayır.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu açıqlamanı Ankarada media nümayəndələrinin və yazıçıların qatıldığı iftar zamanı verib.
O, hər bir ölkənin ədalət və obyektivlik prinsiplərinə üstünlük verən peşəkar, güclü media strukturlarına ehtiyacı olduğunu bildirib.
“Jurnalistlər, ehtiyac yaranarsa, tənqid etmək, suallar vermək və prosesləri stimullaşdırmaq yolu ilə ictimai rəyin formalaşmasına mühüm töhfə verirlər”, - deyə dövlət başçısı bildirib.
Türkiyə lideri güclü cəmiyyətin mövcudluğunun yalnız “sağlam informasiya” axını ilə mümkün olacağını vurğulayıb: “Biz informasiyanın hazırlanması və yayılmasının görünməmiş dərəcədə sürətli tempə çatdığı bir dövrdə yaşayırıq. Təəssüf ki, bu sürət həm də yalan, qərəzli və zərərli məzmunun yayılmasına zəmin yaradır və faktların yoxlanılması mexanizmlərinə mane olur”.
Rəcəb Tayyib Ərdoğan qeyd edib: “Həqiqət və şayiə, reallıq və qavrayış arasındakı sərhədlərin getdikcə daha çox bulanıqlaşdığı bir media mühitində jurnalistika vətəndaşlar üçün həqiqət kompası rolunu oynayır. Buna görə də həqiqəti axtaran jurnalistlərin daşıdığı yük son dərəcə vacib və kritikdir”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 18 Mart 2026 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















