Icma.az
close
up
RU
Türkiyə Prezidenti ölkədə islahatların davam edəcəyini bildirib

Türkiyə Prezidenti ölkədə islahatların davam edəcəyini bildirib

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bütün çağırışlara və maneələrə baxmayaraq, Türkiyə hakimiyyəti xalqın dəstəyi ilə ölkədə islahatlar və inkişaf kursunu davam etdirir, Ankaranın beynəlxalq aləmdə mövqelərini möhkəmləndirir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) VIII Böyük Qurultayının iştirakçıları qarşısında çıxışı zamanı deyib.

Türkiyə lideri çıxışına Konqresin iştirakçılarını və qonaqlarını salamlamaqla başlayıb.

Ankara İdman Kompleksində qonaq qismində ölkənin bütün vilayətlərindən 1607 AK Parti nümayəndəsi ilə yanaşı, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və 13 ölkədən 16 siyasi partiyanın təmsilçiləri, o cümlədən Yeni Azərbaycan Partiyasının sədr müavini və partiyanın Mərkəzi Aparatının rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Türkiyədə 22 ildən artıq hakimiyyətdə olduğu müddətdə dünyanın ən böyük 5 partiyası sırasında yer alan AKP cəmiyyətin bütün təbəqələrini birləşdirmək, sıralarını genişləndirmək və yeniləmək kursunu davam etdirir.

Türkiyə Prezidenti xalqın birliyinin və həmrəyliyinin sarsılmazlığına ümid etdiyini bildirib. Hakim partiyanın lideri “beşinci kolon”dan istifadə edərək Türkiyəyə ziyan vurmağa çalışan Ankaranın düşmənlərinin hiylələrinə diqqət çəkib. “Bu kateqoriyadan olan insanlara ən yaxşı cavabı türk xalqının özü verəcək”, - deyən Ərdoğan ölkənin bir sıra siyasi qüvvələrini “toksik müxalifət” adlandırıb.

Prezident terror təhlükəsinin Türkiyənin gündəmindən tamamilə aradan qaldırılması istiqamətində səylərin göstərildiyini vurğulayıb. “Türkiyə daxilində və xaricində terrorla mübarizədə atılan uğurlu addımlar ölkəmizin düşmənlərini narahat edir. Ancaq onların əməllərinə rəğmən terrorçular məhv ediləcək”, -deyən Prezident Ərdoğan bu aqibətin uzun illər lideri ABŞ-ın Pensilvaniya ştatında yaşamış FETÖ terror təşkilatına da aid olduğunu vurğulayıb.

Türkiyə Prezidenti daha sonra Türkiyə Cümhuriyyətinin “İkinci Yüzillik İslahat Proqramı”nın həyata keçirildiyini açıqlayıb. Onun sözlərinə görə, bu, ölkənin inkişafında yeni sıçrayış etməyə imkan verəcək. Ərdoğan xatırladıb ki, AK Parti hakimiyyəti illərində Türkiyədə adambaşına düşən gəlir 3600 dollardan 2023-cü ildə 13243 dollara yüksəlib. “2024-cü il üçün məlumatlar hələ açıqlanmayıb, lakin biz adambaşına düşən gəlirin 15 min dolları keçəcəyini gözləyirik”, - deyən dövlət başçısı Türkiyənin dollar ekvivalentində ixracının son iyirmi ildə altı dəfə artdığını vurğulayıb.

“Türkiyə trilyon dollarlıq qlobal iqtisadiyyatlar liqasına daxil olub. Mərkəzi Bankın ehtiyatları 173 milyard dolları keçib ki, bu da Cümhuriyyətin bütün tarixində rekord göstəricidir”, -deyə Ərdoğan bildirib.

Dövlət başçısı ölkənin müdafiə sənayesinin uğurlarına xüsusi diqqət yetirərək Türkiyənin PUA ixracında dünya lideri olduğunu, həmçinin müdafiə sənayesi məhsulları tədarükündə qlobal miqyasda 11-ci yerə yüksəldiyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, son illərin problemlərindən biri ölkənin cənub və cənub-şərqində yerləşən 11 vilayətə mənfi təsir göstərən 2023-cü ilin fevralında baş vermiş zəlzələlərin dağıdıcı nəticələri olub. “Son iki ildə bu fəlakətin nəticələrinin aradan qaldırılmasına 75 milyard dollar xərclənib”, -deyə dövlət başçısı bildirib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Fevral 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri