Türkiyə Prezidenti: Ümid edirik ki, Avropa İttifaqı çox vaxt itirmədən ölkəmizlə danışıqlara başlayacaq
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
“Avropa İttifaqından aramızdakı ticarətin mahiyyətini pozmamasını və tərəfdaşlıq öhdəliyinə sadiq qalmasını gözləyirik”.
APA xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2025-ci ilin ixracat rəqəmlərini açıqlayarkən səsləndirib.
Ərdoğan Türkiyənin Avropa İttifaqına üzvlük məsələsinin vaxt itirmədən həll edilməli olduğunu bildirib: “Ümid edirik ki, Avropa İttifaqı Şurası zəruri qərarı qəbul edərək, daha çox vaxt itirmədən ölkəmizlə danışıqlara başlayacaq. Avropalı dostlarımızın iqtisadi təhlükəsizlik anlayışı çərçivəsində bəzi sahələrdə tətbiq etdikləri proteksionist tədbirləri və hüquqi hazırlıq proseslərini yaxından izləyirik. Avropa İttifaqından aramızdakı ticarətin mahiyyətini pozmamasını və tərəfdaşlıq öhdəliyinə sadiq qalmasını gözləyirik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 03 Yanvar 2026 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















