Türkiyə “Qazprombank” üçün ABŞdan istisna almağa nail oldu
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyə Rusiyadan aldığı qaz üçün “Qazprombank”a ödəniş məsələsində ABŞ-dan istisna almağa nail olub. Bu barədə NTV telekanalı Türkiyənin Energetika Nazirliyinin rəhbəri Alparlaslan Bayraktara istinadən məlumat yayıb.
“Türkiyə ABŞ-dan “Qazprombank” üçün istisna alıb, Türkiyə qazın pulunu “Qazprombank” vasitəsilə ödəməyə davam edəcək”, - deyə nazir bildirib.
Noyabrın sonunda ABŞ “Qazprombank”a qarşı sanksiyalar tətbiq edib, Rusiya qazı və nefti üçün xarici ödənişlər onun vasitəsilə edilir. Bundan sonra Türkiyə sanksiyaların ona mənfi təsir etdiyini bəyan edərək, ABŞ-dan Rusiya qazı üçün ödəniş edərkən “Qazprombank”a da istisna edilməsini istəyib.
P.ƏMİRCANOV
XQ

Türkiyə ABŞdan istisnalar aldı: “Qazprombank”...
20 Dekabr 2024 12:38
Türkiyə ABŞdan Qazprombanka qarşı sanksiyalarda istisna hüququ aldı
20 Dekabr 2024 14:10
Türkiyə “Qazprombank”a qarşı sanksiyadan kənarda qalmaq üçün ABŞla danışıq aparır
14 Dekabr 2024 12:02
Türkiyə üçün vacib xəbər: ABŞla anlaşdı, “Qazprombank”a qarşı sanksiyalarından azad edildi
20 Dekabr 2024 12:05
Türkiyə Blinkendən “Qazprombank”la bağlı bunu tələb etdi
14 Dekabr 2024 16:36

