Icma.az
close
up
RU
Türkiyə Qətərdən qırıcı təyyarələr alacaq?

Türkiyə Qətərdən qırıcı təyyarələr alacaq?

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Middle East Eye” nəşri belə məlumat yayıb.
“Danışıqlar Türkiyənin F-16 donanmasının sürətlə “qocalması” və 2030-cu illərin əvvəllərində xidmətə girəcəyi gözlənilən beşinci nəsil döyüş təyyarəsi “Kaan” təqdim olunana qədər Ankaranın müvəqqəti həll yolları axtarmaq məcburiyyətində qoyduğu vaxta təsadüf edir”, - xəbərdə vurğulanır.
Nəşrin məlumatına görə, Türkiyənin Müdafiə naziri Yaşar Gülər və Hərbi Hava qüvvələrinin (HHQ) komandanı general Ziya Camal Kadıoğlu oktyabrın 7-də Dohaya səfər çərçivəsində Qətərli həmkarları ilə mümkün razılaşmanı müzakirə ediblər.
Türkiyənin Müdafiə nazirliyi Gülərin Qətərin baş nazirinin müavini və Müdafiə naziri Səud bin Əbdülrəhman əl-Tani ilə görüşdüyünü təsdiqləsə də, danışıqların təfərrüatlarını açıqlamayıb.
Bu ilin iyul ayında Türkiyə Böyük Britaniya ilə 40 ədəd yeni “Eurofighter” qırıcı təyyarəsinin alınması üçün anlaşma memorandumu imzalayıb, lakin tərəflər hələ də qiymət barədə razılığa gələ bilməyiblər: Ankara Londonun təklifini çox bahalı hesab edir. Bundan əlavə, razılaşma əldə olunsa belə, təyyarələrin tədarükü bir neçə il çəkəcək, Türkiyənin isə təcili təyyarələrə ehtiyacı təcilidir.
- Qətərin isə 24 ədəd “Eurofighter Tranche 3A” qırıcısı var ki, bu da onunla mümkün sövdələşməni Türkiyə HHQ-si üçün sürətli həlluna çevirir. Danışıqlar hələ də davam etsə də, tərəflər artıq razılığa yaxındırlar. Bununla belə, təyyarənin istənilən ölkəyə təhvil verilməsi Böyük Britaniya, Almaniya, İtaliya, İspaniya və Fransanın daxil olduğu “Eurofighter” konsorsiumu tərəfindən təsdiqlənməlidir”, - nəşrin mənbələri bildiriblər.
Onların sözlərinə görə, konsorsium çərçivəsində Türkiyə perspektivli alıcı hesab edilir. Bu baxımdan, Türkiyənin gələcəkdə “Eurofighter”in daha müasir versiyaları – təkmilləşdirilmiş radarları olan “Tranche 4” ilə də maraqlana biləcəyi sövdələşmə də dəstəklənir.
Xatırladaq ki, Türkiyənin 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə (HHM) sistemləri aldığına görə ABŞ-nin F-35 proqramından kənarlaşdırılmasından sonra Ankara müasir döyüş təyyarələrinin çatışmazlığı təhlükəsi ilə üzləşib.
Lakin Türkiyənin Müdafiə sənayesinin və hərbi rəhbərliyinin bəzi nümayəndələrinin fikrincə, “Kaan” qırıcısı hərbi xidmətə götürülənə qədər “müvəqqəti” satınalmalara pul xərcləməkdənsə, yerli texnologiyadan istifadə edərək mövcud “F-16”-ların təkmilləşdirilməsinə diqqət yetirməlidir.
Türkiyə istehsalı olan “Kaan” qırıcı təyyarəsinin ilk tədarükü 2028-2030-cu illərdən tez gözlənilmir.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://azvision.az
archiveBu xəbər 08 Oktyabr 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri