“Türkiye” qəzeti: Ankara qoşunlarını Suriyadan çıxarmaq üçün üç şərt irəli sürüb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ankara, 1 fevral, AZƏRTAC
Türkiyə Suriya ərazisindəki antiterror əməliyyatları zonalarından öz qoşunlarının çıxarılmasının mümkün şərtlərini mövcud Dəməşq hakimiyyətinə çatdırıb.
AZƏRTAC xəbər verir ki, “Türkiye” qəzetinin bazar günü nəşrində bu şərtlər barədə məlumat verilib. Türkiyə təhlükəsizlik qurumlarındakı mənbələrə istinadla bildirilib ki, Ankara "qonşu ölkənin hər yerində Dəməşqin mərkəzi hökumətinin qurulacağı, Türkiyə sərhədlərinin təhlükəsizliyinin təmin ediləcəyi və terror təhlükəsinin aradan qaldırılacağı" təqdirdə qoşunlarını Suriyadan çıxarmağa hazırdır.
Məqalədə qeyd olunur ki, ABŞ nəhayət ki, sözdə "Suriya Demokratik Qüvvələri"nin onurğasını təşkil edən YPG terrorçularına dəstəyini dayandırıb.
Qəzeti yazır: “On ildən sonra Vaşinqton dəfələrlə və israrla “bir terror təşkilatı (İŞİD – red.) ilə digər cinayətkar təşkilatdan istifadə edərək mübarizə apara bilməzsiniz” deyə təkid edən Ankaranın mövqeyinə gəlib”. Məqalənin müəllifi terrorçuların Suriya Demokratik Qüvvələrinin Suriya Milli Ordusuna inteqrasiyası ilə bağlı razılaşmaları və Dəməşqin YPG yaraqlılarına qarşı sonrakı uğurlu əməliyyatlarını xatırladaraq vurğulayıb: “Hətta amerikalılar da YPG terrorçularının hərəkətlərindən qəzəbləniblər”.
Türkiyə Silahlı Qüvvələrinin əməliyyat zonalarında olan inzibati strukturlarının tədricən Suriya hökumətinin nəzarətinə keçirildiyi də bildirilir.
“Dövlət hakimiyyəti gücləndikcə, Suriya xalqına kömək etmək üçün Türkiyədən göndərilən personal evə qayıtmağa başlayacaq. Məsələn, yerli polisə kömək etmək üçün Afrinə göndərilən polis və jandarma personalımız vəzifələrini yerinə yetirərək Türkiyəyə qayıdıblar. Afrində təhlükəsizliyə nəzarət Suriya hökumətinə təhvil verilib. Lakin türk qoşunları bazalarında qalmağa davam edir", -deyə Ankaradakı mənbələr qeyd ediblər.
Türkiyə Milli Müdafiə Nazirliyi əvvəllər "Sülh çeşməsi" əməliyyatı ərazisində Türkiyə Silahlı Qüvvələrinin nəzarət zonasının azaldılması ilə bağlı iddiaları "dezinformasiya" adlandırıb.
"Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı əməliyyatları davam edir və Suriya hökuməti ilə əlaqələndirilir", -deyə Türkiyə Müdafiə Nazirliyinin rəsmisi vurğulayıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 01 Fevral 2026 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















