Icma.az
close
up
RU
Türkiyə regionda daha güclü aktora çevrilir Ekspert

Türkiyə regionda daha güclü aktora çevrilir Ekspert

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev iyulun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda qardaş ölkənin “Terrorsuz Türkiyə” hədəfi istiqamətində atdığı addımları yüksək qiymətləndirib. Dövlət başçısı qeyd edib ki, Türkiyənin gələcək nəsillərə təhlükəsiz və firavan bir ölkə miras qoymaq istiqamətində göstərdiyi əzm və qətiyyət regionda sabitliyin bərqərar olmasına böyük töhfə verir. İlham Əliyev, həmçinin, PKK terror qruplaşmasının tərk-silah prosesi və ləğv qərarını Türkiyə rəhbərliyinin güclü siyasi iradəsinin və milli həmrəyliyin təntənəsi kimi dəyərləndirib.

Mövzu ilə bağlı Metbuat.az-a siyasi şərhçi Tural İsmayılov açıqlama verib. Müsahibimiz bildirib ki, Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda qeyd olunan PKK-nın silahı yerə qoyması “güclü siyasi iradənin və milli həmrəyliyin təntənəsi” kimi qiymətləndirilir:


“Bu ifadə əslində təkcə Türkiyənin daxili siyasətinə deyil, bütövlükdə regionun təhlükəsizlik arxitekturasına verilmiş strateji bir mesajdır. PKK-nın zəifləməsi regionda terrorçuluğa siyasi vasitə kimi baxan dairələr üçün ciddi zərbədir. Silahlı mübarizəni siyasi dialoqla əvəzləmək isə uzunmüddətli sabitliyin açarıdır. Türkiyə üçün bu uğur yalnız milli təhlükəsizlik məsələsi deyil, həm də geosiyasi manevr imkanlarının genişlənməsi deməkdir”.

Tural İsmayılov hesab edir ki, Suriya və İraqdakı türk hərbi varlığı artıq daha az daxili təhdidlə müşayiət olunacaq:

“Bu, Ankara üçün həm də sərhədyanı bufer zonaların daha rahat idarəsi anlamına gəlir. PKK-nın zəifləməsi İranın kürd kartı üzərindən regionda oynadığı balanslaşdırıcı siyasətin çöküşünü sürətləndirə bilər. Bu isə Cənubi Qafqazda Türkiyə-Azərbaycan tandemi üçün yeni imkan pəncərələri açır. Zəngəzur dəhlizi, Naxçıvan xətti və Türk Dövlətləri Təşkilatının güclənməsi bu kontekstdə daha real görünür.”.

Tural İsmayılovun təhlilinə görə, Avropa və ABŞ-nin regionda terrora qarşı mövqeləri də müəyyən reviziyaya məruz qalacaq:

“Türkiyə anti-terror qələbəsi ilə NATO daxilində nüfuzunu da artırır. Təbii ki, bu prosesdə diplomatik yumşaqlıqla bərabər, kəşfiyyat və ordu gücü də kritik rol oynayıb. İlham Əliyevin məktubu bu baxımdan qardaşlıqla yanaşı, regional balanslara verilmiş siyasi dəstək siqnalıdır. Türkiyənin sabitləşdirici aktor kimi çıxış etməsi Cənubi Qafqazdakı geosiyasi qovşaqlarda söz sahibi olmasını daha da artıracaq. Artıq Yaxın Şərqdən Cənubi Qafqaza uzanan təhlükəsizlik xəritəsində Ankara-Azərbaycan oxu daha aydın görünür. PKK-nın sıradan çıxarılması təkcə terrora deyil, həm də bölgəni xaosla dizayn etmək istəyən güclərə zərbədir. Bu mənada İlham Əliyevin məktubu həm dostun sevincinə şərik olmaq, həm də düşmənə siyasi xəbərdarlıq kimi oxunmalıdır. Regionda yeni təhlükəsizlik düzəni qurulursa, bu düzənin içində Türkiyə və Azərbaycan tandeminin imzası artıq görünür”.

Gülbəniz Hüseynli / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 17 İyul 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri