Türkiyə rəsmiləri gələn həftə Ermənistana səfər edəcəklər
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi danışıqları çərçivəsində Türkiyə tərəfdən xüsusi nümayəndə Sərdar Kılıçın rəhbərlik etdiyi türk nümayəndə heyəti gələn həftə Ermənistana səfər edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə NTV diplomatik mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Türkiyə nümayəndə heyətinin Ermənistana səfəri quru yolu ilə – Alican–Marqarita sərhəd-keçid məntəqəsindən həyata keçiriləcək.
“İlk dəfə baş tutacaq ikitərəfli görüş zamanı münasibətlərin normallaşdırılması istiqamətində qərarlar qəbul olunacaq, eləcə də daha əvvəl qəbul olunmuş, lakin hələ icra edilməmiş razılaşmalar müzakirə ediləcək”, - NTV-nin məlumatında qeyd olunur.
Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan News.am-a bildirib ki, Ermənistanda xüsusi nümayəndələr Ruben Rubinyan və Sərdar Kılıçın görüşü planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:Overçuk gələn həftə Ermənistana gedəcək
15 Avqust 2025 11:27
NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək
07 Sentyabr 2025 10:46
Türkiyə diplomatı Ermənistana gedir
11 Sentyabr 2025 19:18
“Hraparak”: “Türkiyə Ermənistana şərt qoyub”
28 Dekabr 2024 12:01
Türkiyə XİN dən Ermənistana ÇAĞIRIŞ
24 Aprel 2025 21:51
Baxış sayı:112
Bu xəbər 07 Sentyabr 2025 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















