Icma.az
close
up
RU
Türkiyə rəsmisi: Diasporun dəstəklənməsi Ankara üçün prioritetdir

Türkiyə rəsmisi: Diasporun dəstəklənməsi Ankara üçün prioritetdir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ankara, 2 oktyabr, AZƏRTAC

Ankarada Türk Diasporu və Xaricdəki Soydaşlar Departamentinin (YTB) 15 illiyinə həsr olunmuş qala tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirə təşkilati dəstəyi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi verib.

YTB-nin direktoru Abdulhadi Turus tədbir iştirakçıları qarşısında çıxış edərək türk diasporunun dəstəklənməsi və digər ölkələrlə körpülərin qurulması istiqamətində həyata keçirilən çoxsaylı proqramlardan danışıb. O qeyd edib ki, son 15 ildə YTB onlarla ölkədə 1500-ə yaxın müxtəlif proqram və layihə həyata keçirib.

"Biz xaricdəki soydaşlarımızı dəstəkləmək və diasporun rifahının yaxşılaşdırılmasına töhfə vermək üçün əlimizdən gələni edirik. Diaspora dəstək rəsmi Ankara üçün prioritetdir", - deyən Turus, həmçinin YTB-nin digər məsələlərlə yanaşı, 18 ölkədə türk gənclərinin təhsilinə köməklik göstərdiyini və diaspor üzvləri üçün yay düşərgələri təşkil etdiyini vurğulayıb.

YTB rəhbəri Türkiyədə təhsilin qlobal modelini yaratmaq məqsədi daşıyan Türkiyə Təqaüdləri proqramına da diqqət çəkib. O deyib: “2012-ci ildə YTB vasitəsilə Türkiyədə təhsil almaq üçün müraciət edənlərin sayı 8 min ikən, 2025-ci ildə bu rəqəm 125 minə çatıb ki, bu da Türkiyə təhsil sisteminin artan nüfuzunu nümayiş etdirir”.

Daha sonra çıxış edən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy YTB-nin missiyasının əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu qurum diaspor fəaliyyətinin ön sıralarında yer alır. O əlavə edib ki, hazırda dünyada türk diasporu üzvlərinin sayı 7 milyon nəfərdən çoxdur.

Nazir diqqətə çatdırıb ki, Türkiyə universitetlərində, o cümlədən YTB vasitəsilə təhsil almış on minlərlə əcnəbi tələbə vətənə qayıtdıqdan sonra məzun cəmiyyətləri yaradır, Türkiyə ilə uzunmüddətli dostluq körpüləri qurur.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Oktyabr 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri