Türkiyə rəsmisi: Qarabağda binaların orijinallığı qorunaraq bərpa edilib
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"Azərbaycan hökuməti işğaldan azad etdiyi ərazilərində binaların orijinallığını qoruyaraq onları bərpa edib".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi üzrə nazir müavini Ömər Bulut Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumu (NUFA3) çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bölgədə binaların bir qismi tam dağıdılmasa da zərər çəkib: "Bu binalar tarixi formasını qorumaqla bərpa olunur. Bu ərazilər otuz il əvvəl də azərbaycanlıların yaşadığı yerlər idi".
Ö.Bulut əlavə edib ki, Azərbaycan şəhərsalma baxımından çox gözəl bir nümunə təqdim edib: "Hesab edirəm ki, bütün ölkələrdən buraya gələrək müharibədən sonra şəhərləri bərpa edərkən insanlıq və həssaslıq prinsiplərinə necə əməl edildiyini görə bilərlər. Azərbaycan bunu reallaşdırıb. Yıxmaq hər kəs üçün asandır, amma biz - türk milləti olaraq - həmişə yaratmağa üstünlük vermişik. Kim hansı əsəri ortaya qoyubsa, biz onu qoruyub gələcək nəsillərə çatdırmışıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 16 Oktyabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















